![Ərdoğanın Bakı səfərinin dəqiq tarixi məlum oldu](https://olke.az/photo/770x415/2023/06/09/1686301007_1686297958_erdoganrecep.jpg)
Bununla əlaqədar Türkiyə mətbuatı xəbər dərc edib.
Belə ki, R.T.Ərdoğan iyunun 12-də Şimali Kipr Türk Respublikasına, bir gün sonra, iyunun 13-də isə Azərbaycana səfər edəcək.
“İyunun 13-də Rəcəb Tayyib Ərdoğanın dayanacağı qardaş ölkə Azərbaycan olacaq. Prezident Ərdoğan iyunun 13-də Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşəcək”, - qəzet yazır.