
Tramp bununla bağlı “Truth Social” hesabında paylaşım edib.
Hindistanın təkcə böyük miqdarda Rusiya nefti almaqla kifayətlənməyib, böyük bir hissəsini açıq bazarda böyük qazancla satdığına diqqət çəkən ABŞ lideri bu səbəbdən də Dehlinin Vaşinqtona ödədiyi tarifləri əhəmiyyətli dərəcədə artıracağını bəyan edib.
Tramp bildirib ki, Hindistan Rusiyanın Ukraynada öldürdüyü insanların sayına belə əhəmiyyət vermir.
Keçən həftə ABŞ prezidenti Tramp Hindistanın avqustun 1-dən etibarən 25 faizlik tarif ödəyəcəyini açıqlamış, ölkənin Çin və Rusiyadan ən böyük enerji idxalçısı olduğunu bildirmişdi.