
Fransa hökuməti eyni zamanda ölkənin varlı vətəndaşları üçün vergilərin artırılacağını açıqlayıb.
Bayru hökuməti eyni zamanda dövlət xərclərini 43,8 milyard avro azaltmaq istəyir.
Yaranmış vəziyyəti şərh edən “Politico” yazıb ki, bu açıqlama ilə Fransanın hazırkı baş naziri artıq özünün “siyasi ölüm əmri”ni imzalayıb.
Fransa baş nazirinin yanaşması ondan ibarətdir ki, insanlar daha çox işləməlidirlər, təqvimə müəyyən qədər yenidən baxılmalıdır. Çünki ölkənin iqtisadi vəziyyəti elədir ki, mümkün qədər çox işləməyə və ya nəticə çıxarmağa ehtiyac var. Bu da ölkədə ciddi narazılığa səbəb olub.
Fransa iqtisadiyyatına cavabdeh olan bir nömrəli şəxs vəziyyətdən çıxmaq üçün büdcəyə 40 milyard avrodan çox vəsait toplaya bilməlidir. O narahatdır, çünki Fransa hər saniyə beş min avro borc alır. Bayrunun baş nazir postundan uzaqlaşdırılması ilə bağlı bəyanatlar da olub.
Analitiklər qeyd edirlər ki, çox axıcı vəziyyət yaranıb və üç əsas parlament qüvvəsi əməkdaşlıqdan imtina edərsə, böyük ehtimalla Bayru hökuməti səhnəni tərk edəcək və Makron ya yeni baş nazir təyin etməyə, ya da texnokratlardan ibarət hökumət qurmağa məcbur olacaq.