143 nömrəli məktəbin qarşısında təhlükəli vəziyyət: qapıları bağlı qalır, yol tıxanır - Foto

143 nömrəli məktəbin qarşısında təhlükəli vəziyyət: qapıları bağlı qalır, yol tıxanır - Foto Binəqədi rayonu 143 nömrəli məktəblə bağlı sakinlər və valideynlər tərəfindən şikayətlər var. Bildirilir ki, məktəbin həyətinə valideynlərin daxil olmasına icazə verilmir, qapılar bağlı saxlanılır. Nəticədə uşaqlarını gətirən və aparan valideynlər məktəbin qarşısında dayanmağa məcbur olur, bu isə yolun bağlanmasına və nəqliyyatın hərəkətində ciddi çətinliklərə səbəb olur.

Sözügedən ərazidən həm avtomobillər, həm də piyadalar istifadə etdiyindən, bu vəziyyət məktəblilərin və ərazidə hərəkət edən insanların həyat və təhlükəsizliyi üçün risk yaradır.

Məktəbin həyətinə valideynlərin daxil olmasına qoyulan məhdudiyyətin səbəbini öyrənmək üçün Bakı şəhəri üzrə Təhsil idarəsi ilə əlaqə saxladıq.

Qurumdan Ölkə.az-a bildirildi ki, 1348 şagirdin təhsil aldığı məktəbin ərazisində kənar şəxslərin toplaşması tədris prosesinin pozulmasına və birinci mərtəbədə yerləşən sinif otaqlarında aparılan dərslərə müdaxilələrə səbəb olur:

"Uşaqların təhlükəsizliyinin təmin edilməsinə və təhsilin səmərəliliyinin artırılmasına xidmət edən bu qərar öncədən valideynlərə izah olunub".

Qeyd edək ki, 143 nömrəli məktəbin yerləşdiyi qəsəbədə digər məktəblər üzrə sözügedən problem yaşanmır. Valideynlər övladlarını məktəbin qapısından içəriyə qədər, hətta sinif otağınadək apara bilirlər.

143 nömrəli məktəbin qarşısında təhlükəli vəziyyət: qapıları bağlı qalır, yol tıxanır - Foto

Oxşar xəbərlər