“Akkord” yayılan məlumatlara aydınlıq gətirdi

“Akkord” yayılan məlumatlara aydınlıq gətirdi Son zamanlar KİV-də “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və onun törəmə müəssisələrinin vergi borcları barədə həqiqəti əks etdirməyən məlumatlar yayılıb.

Qanuninfo.az Yenisabah.az-a istinadən xəbər verir ki, şirkət məsələ ilə bağlı açıqlama yayıb.

Şirkətin əsas mövqeyi Pepperoni pizza

Mediada “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 22.02.2024-cü il tarixə olan vergilər üzrə borcu qeyd olunmuşdur. Bildirmək istəyirik ki, bu məlumatın üzərindən 2 ilə yaxın bir dövr keçmişdir və hazırda “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin vergilər üzrə hər hansı bir borcu yoxdur.

Törəmə müəssisələr barədə açıqlama

Yayılmış digər məlumatda isə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Akkord Hydrotechnical Constrcution Company” MMC-nin 4.4 milyon borcunun olduğu əks olunmuşdur. Bildirmək istəyirik ki, “Akkord Hydrotechnical Constrcution Company” MMC-nin vergilər üzrə borcu mövcuddur, lakin bu rəqəm mediada səsləndirilən məbləğdən bir neçə dəfə azdır. Bu borcun yaranmasına əsas səbəb, Müəssisənin “Azərsu” ASC-dən görülmüş işlərə görə xeyli miqdarda debitor borcunun mövcud olması və hələ də bu məbləği ala bilməməsidir. Bu məsələnin həll olunması istiqamətində Dövlət Vergi Xidməti, “Azərsu” ASC və Müəssisənin birgə əməkdaşlıq şəklində fəaliyyəti davam etməkdədir.

“Akkordian Traden” MMC ilə bağlı

Kütləvi informasiya vasitələrində adı qeyd olunmuş “Akkordian Traden” MMC adlı şirkət ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin heç bir hüquqi bağlılığı və işgüzar əlaqəsi yoxdur, onun törəmə müəssisəsi deyildir.

“Akkord Qum” MMC haqqında

“Akkord Qum” MMC isə 2011-ci ildən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qoşulmuşdur, bu müəssisənin 15 ildir ki, heç bir müstəqil fəaliyyəti və vergi borcu yoxdur.

“Hydraulic Mechanisms Company” MMC-nin borcu

Digər məlumatla bağlı bildirmək istəyirik ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Hydraulic Mechanisms Company” MMC-nin vergilər üzrə 172.000 manat borcu həqiqətən də mövcuddur və bu borcun ödənilməsi istiqamətində Dövlət Vergi Xidməti ilə “Hydraulic Mechanisms Company” MMC qarşılıqlı əməkdaşlığı davam etdirilir və bu ilin sonuna qədər borcun ödənilməsi nəzərdə tutulur.

Media nümayəndələrinə müraciət

Son olaraq, media nümayəndələrindən və sayt rəhbərlərindən hər hansı bir məlumatı yayarkən o məlumatın aid olduğu fiziki və ya hüquqi şəxslə dəqiqləşdirmələri, media haqqında Qanunun tələblərini işlərində rəhbər tutmaları, ictimaiyyət arasında şəxsin işgüzar nüfuzuna xələl gətirəcək hər hansı addımdan çəkinmələri xahiş olunur.

Oxşar xəbərlər