Qlobal Media Forumunun məhz Şuşada keçirilməsi dünya ictimaiyyətinin qədim Azərbaycan torpağı ilə tanışlığını daha da sürətləndirir

Qlobal Media Forumunun məhz Şuşada keçirilməsi dünya ictimaiyyətinin qədim Azərbaycan torpağı ilə tanışlığını daha da sürətləndirir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində dünya ictimaiyyətinin diqqəti tarixi mədəniyyət şəhərimiz, Qarabağın gözü Şuşaya yönəldi.
20-22 iyul 2024-cu ildə Prezident İlham Əliyevin 50 ölkənin media nümayəndələri qarşısında çıxışı və suallara səlis, obyektiv şəkildə tarixi həqiqətləri əks etdirməklə verdiyi cavablar bir daha peşəkar, diplomatik manevrin gücünü göstərdi.
İlk öncə Qlobal Media Forumunun məhz Şuşada keçirilməsi dünya ictimaiyyətinin qədim Azərbaycan torpağı ilə tanışlığını daha da sürətləndirir.
Düşünürəm ki, bu çox böyük və uğurlu addımdır.
Cənab Prezident İlham Əliyevin "Biz heç zaman nə işğalı, nə onun fəsadlarını və qurbanlarını, nə də Böyük Qələbəmizi unutmayacağıq" deməklə böyük mesaj vermiş oldu. Çıxışı sırasında bir sıra məsələlərə toxunan cənab prezident Qarabağda gedən abadlıq işləri, Şərqi Zəngəzur ilə bağlı irəliləyişdən də bəhs etdi.
Yaxın zamanda Böyük Britaniyada keçirilən "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısında da cənab Prezident medianın rolunu xüsusi vurğulamışdır. "Biz arzu edirik ki media hər zaman obyektiv olsun. Çünki medianin mesajları, məsələni işıqlandırması insanların həyatına təsir edir". O cümlədən hər zaman sülhün və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan qonşuluq və dostluq münasibətlərinin tərəfdarı olan ölkəmiz həmin Zirvə Toplantısında da bir daha bunu sübut etdi. "Biz bütün məsələləri qarşılıqlı hörmət, anlaşma və xalqlarımızın çoxəsrlik tarixi nəzərə alınmaqla nizamlamışıq" Düşmən tərəfin media orqanlarının yalançı xəbərləri, dezinformasiya və təxribat xarakterli məlumatları paylasmasına da cənab Prezident öz münasibətini bildirərək medianı məlumatlandırdı.
Qeyd etmək lazımdır ki, 2-ci Şuşa Qlobal Media Forumunda olduqca maraqlı, yaddaqalan hadisələr yaşandi. Müxtəlif dövlət nümayəndələrinin Şuşa səhnəsində "Bayatı Şiraz" dinləməsi, Cıdır düzünə səfər edib, yallı getmələri vaxtilə bizə göz dağı vermək istəyən düşmənə layiqli cavab oldu. Artıq bütün dünya ictimaiyyətinə bir daha çatdırıldı ki, vaxtilə qərəzli şəkildə ölkəmizi şər - böhtan xarakterli yazılarlarla ləkələmək istəyən qüvvələr indi öz qazdıqları quyuya düşüblər.
Cənab Prezidentin güclü iradəsi, uzaqgörən siyasəti, dərin diplomatik, siyasi bilik və bacarığı sayəsində biz buna nail olduq. Yaşasın cənab Ali Baş Komandan və onun uğurlu siyasəti!

Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səbinə Abışlı

Oxşar xəbərlər