“Uranın zənginləşdirilməsinə davam edəcəyik”

“Uranın zənginləşdirilməsinə davam edəcəyik” “İran dinc məqsədlər üçün uranın zənginləşdirilməsindən imtina etmək niyyətində deyil”.

“Bunu Almaniyanın “ARD” telekanalının efirində İran xarici işlər nazirinin müavini Məcid Taxt-Ravançi deyib.

Onun sözlərinə görə, digər dövlətlərin bu məsələdə Tehranı məhdudlaşdırmağa haqqı yoxdur:

“Biz “Nüvə silahının yayılmaması haqqında Müqavilə”nin iştirakçısıyıq, bu əsasda dinc məqsədlər üçün, ölkəmizin mənafeyi naminə uranın zənginləşdirilməsi ilə məşğul oluruq. Müqavilə çərçivəsində öhdəliklərimizə əməl etdiyimiz təqdirdə, heç kim bizə nə etməli olduğumuzu deyə bilməz”.

Oxşar xəbərlər