Qonşuluqda təhlükəli gərginlik: "ABŞ-İran münasibətləri kəskin pisləşir" — ŞƏRH

Qonşuluqda təhlükəli gərginlik: ABŞ ilə İran arasında gərginlik artıb. Amerika rəhbəri Donald Trampın İranla bağlanmış razılığın ləğv ediləcəyilə bağlı verdiyi açıqlamadan sonra İran hökuməti daha sərt bəyanat ilə çıxış edib.
İranın xarici işlər nazirinin mətbuat katibi Bəhram Kasımi bəyan edib ki, Trampın hərəkətləri iki ölkə arasında qarşıdurmaya səbəb olur: “Son dövrlər Trampın nüvə müqaviləsini ləğv etmək ehtimalı ilə ABŞ və İran arasında gərginlik artır. Müqavilə çərçivəsində Tehran nüvə proqramına nəzarəti qəbul edib. Əvəzində isə İrana tətbiq edilən sanksiyalar ləğv edilmişdi. Son günlər isə Tramp müqaviləni ləğv edəcəyini, İran İslam İnqilabı Keşikçiləri Korpusu və Hizbullaha qarşı yeni həmlələr edəcəyini bildirib”.

İran prezidenti Həsən Ruhani isə deyib: “Nüvə müqaviləsinin faydalarını Tramp yox, 10 Tramp da gəlsə, geri ala bilməz”.
Azərbaycanlı siyasətçilər isə məsələyə birmənalı yanaşmırlar. Politoloq Arzu Nağıyev “Ölkə.Az”a açıqlamasında bildirib ki, bu müqavilə pozulsa belə, Trampın seçkiqabağı verdiyi vədlərdən əsası məhz nüvə başlıqları olan dövlətlərə qarşı sanksiyaların davamı məsələsidir. Onun fikrincə, Obama vaxtında həmin razılaşmalarda müəyyən yumşalmalar vardı ki, Tramp bunu daha da sərtləşdirir.

“Düşünürəm ki, bu məqamlardan əsası nüfuz məsələsinin artması ilə bağlıdır. Məqsəd Yaxın Şərqdə və ümumiyyətlə regionda müsəlman dövlətlərinə, xüsusilə İrana nüvə silahı olan ölkəyə çevrilməsinə imklan verməməkdir. Bu Trampın seçkiqabağı verdiyi vədin davamıdır”, - deyə A.Nağıyev bildirib.

Oxşar xəbərlər