Həsən Ruhani: “Uranın ənginləşdirilməsi üçün ehtiyac olan hər şeyi edəcəyik”

Həsən Ruhani: “Uranın ənginləşdirilməsi üçün ehtiyac olan hər şeyi edəcəyik” İran prezidenti Həsən Ruhani “Hərtərəfli Birgə Fəaliyyət Planı” (HBFP) ilə üzərinə götürdüyü öhdəliklərin azaldılmasına dair üçüncü addımın atılması ilə bağlı göstəriş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, prezident Ruhani bu gün İran parlament sədri Əli Laricani və Məhkəmə Sisteminin sədri İbrahim Rəisi ilə keçirdiyi iclasdan sonra bildirib ki, Atom Enerjisi Təşkilatı “Hərtərəfli Birgə Fəaliyyət Planı” çərçivəsində indiyə kimi üzərinə götürdüyü öhdəliyi bir qırağa qoyaraq ölkənin texniki cəhətdən ehtiyac olan araşdırma və inkişafı cümə günündən etibarən həyata keçirməyə borcludur.

Ruhani deyib ki, cümə günündən İran sentrifuqaların müxtəlif növü sahəsində, eləcə də yeni nəsil sentrifuqalar sahəsində araşdırma aparacaq və inkişaf etdirəcək: “Uranın ənginləşdirilməsi üçün ehtiyac olan hər bir şeyi edəcəyik. Bu sahədə işləri sürətləndirəcəyik”.

İran prezidenti əlavə edib ki, nüvə sahəsində araşdırma və inkişafa dair HBFP-dəki öhdəliyi azaltmaq İranın atdığı böyük addımdır: “Ona görə ki, İranın 5+1 ölkələri ilə danışıqlarının əsas hissəsi nüvə sahəsində araşdırmaların zamanı ilə bağlı idi, müəyyən olunmuşdu ki, İran razılığın ilk ilindən 10 il ərzində necə araşdırma aparması müəyyənləşmişdi. Cümə günündən bu zaman kəsiyi ilə bağlı götürülən öhdəlik ləğv olunacaq”.

Oxşar xəbərlər