Bu gün Azərbaycan regionun ən sabit siyahı stabilliyi və inkişafda olan iqtisadiyyata malik dövlətidir

Bu gün Azərbaycan regionun ən sabit siyahı stabilliyi və inkişafda olan iqtisadiyyata malik dövlətidir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış etmişdir.
Cənab Prezident İlham Əliyev çıxışı zamanı enerji sahəsindəki mövcud vəziyyəti geniş şəkildə izah etmiş, bugünkü uğura çatmaq üçün dövlətimizin keçdiyi çətin yollardan danışmış və gələcək perspektivlərə toxunmusdur.İlk neft-qaz sərgisinin 1994-cü ildə təşkil edildiyini, bununla da dövlətimiz üçün həyati əhəmiyyət kəsb edən, onun geosiyasi mövqeyini gücləndirən, bütün dünyada güclü siyasi-iqtisadi dövlət kimi formalaşmağının əsasını qoyan Əsrin Müqaviləsi sazişinin imzalanmasini cənab Prezident öz çıxışı zamanı qeyd etmişdir.
Əsrin Müqaviləsi 90-ci illərdə yenicə dincəlməyə başlayan bir dövlət üçün çox nəhəng bir layihə və addım idi. Ümummilli Lider cənab Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olan bu müqavilə Azərbaycanin neft hasilatının, ixracının və 8 nəhəng dövlətin maraqlarının təminatı oldu.
Bu gün Azərbaycan regionun ən sabit siyahı stabilliyi və inkişafda olan iqtisadiyyata malik dövlətidir. Cənab Prezident çıxışı zamanı onu da vurğuladı ki, hal-hazırda neft və qazın ÜDM-də payı 30%dən artıqdır. Azərbaycan əldə etdiyi gəlirlərin böyük qismini inkişafa, təhsilə yönəldir. Artıq əminliklə deyə bilərik ki, ölkəmizdə savadlılıq 100%dir.
Məlumdur ki, Xəzər dənizi çıxışı olmayan su hövzəsidir. Buna baxmayaraq Xəzər dənizinin Qara dəniz və Aralıq dənizinə çıxışı olan boru kəməri inşa edilib.
O cümlədən, Azərbaycanın neft və qaz yataqlarını İtaliya sahilləri ilə birləşdirən Cənub Qaz dəhlizi ən böyük iqtisadi gücümüzdən xəbər verir. Cənab Prezident qeyd etmişdir ki, təkcə bizim ötən ilki qaz ixracımız 25milyard kubmetrə çatmışdır. Eyni zamanda yaxın 5illik perspektivlərimiz haqqında danışarkən 2030-cu ilə qədər mövcud və digər yeni yataqlardan ixrac olunacaq qazın həcmi 8 milyard kubmetrə çatacaqdır.
Prezident İlham Əliyev çıxışı zamanı COP-29 layihəsi və onun uğurlu nəticələrindən də bəhs etmişdir. Buna misal olaraq inkişafda olan ölkələr üçün nəzərdə tutulmuş yardımın 100 milyard dollardan 300 milyard dollara qalxması, Qlobal Şimal və Qlobal Cənub arasında körpünün qurulması, inkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardım və digər layihələri göstərmək olar.
Ümumilikdə Cənab Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışları dövlətimizin güclü siyasi, iqtisadi sütunlar üzərində olmasından xəbər verir.

Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Səbinə Abışlı

Oxşar xəbərlər