
28 May 2025-ci il tarixində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunda Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxış edib. Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də iştirak ediblər. Əvvəlcə Azərbaycanın, Türkiyənin və Pakistanın dövlət himnləri səsləndirilib. Prezident İlham Əliyev çıxışında qonaqları və Laçın sakinlərini salamlayıb. Prezident İlham Əliyev bu tədbirdə çıxış edərək Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini, həmçinin Türkiyə və Pakistanla olan qardaşlıq münasibətlərini vurğulayıb. O, Laçının azad olunmasının və yenidən qurulmasının ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasında mühüm rol oynadığını qeyd edib.
Prezident İlham Əliyev çıxışında bildirib: “Bu gün ikiqat bayramdır. Çünki bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar və bu münasibətlə həm sizi, həm də bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.” Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də iştirak ediblər. Prezident İlham Əliyev bu üç ölkə arasındakı strateji əməkdaşlığın və qardaşlığın əhəmiyyətini vurğulayaraq, onların həm yaxşı, həm də çətin günlərdə bir-birinin yanında olduqlarını qeyd edib. Laçında keçirilən bu tədbir, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün bərpasının simvolu olaraq, ölkənin gələcək inkişafı və beynəlxalq əməkdaşlığı üçün mühüm bir addım kimi qiymətləndirilir.
Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta ümumtəhsil məktəbinin
ibtidai sinif müəllimi Günay Allahverdiyeva