
"Bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, təlim zonalarının əhatə dairəsi təxminən üç dəfə genişlənib. Sözügedən hər iki poliqonun sovet keçmişi var: Rudninkay 1993-cü ildə bağlansa da, artan geosiyasi gərginlik fonunda yenidən fəaliyyətə başlayıb. Kazlu-Ruda isə 1970-ci illərdən bəri təlim bazası kimi istifadə olunur.
2027-ci ilə qədər bu bölgədə Almaniya Silahlı Qüvvələrinin – Bundesverin 5000 hərbçidən ibarət zirehli briqadasının daimi yerləşdirilməsi planlaşdırılır. Hazırda Litvada 150 alman əsgəri xidmət edir və 2025-ci ilin sonuna qədər bu sayın 500-ə çatdırılması nəzərdə tutulur.
“Briqadanın əsas missiyası NATO-nun şərq cinahını qorumaqdır. Bu qərar regionda mövcud geosiyasi çağırışlara cavab olaraq verilib”, – nazirliyin məlumatında bildirilib.(Axar.az)