![11 fevral Ümumdünya Xəstələr Günüdür](https://olke.az/photo/770x415/2025/02/11/1739252315_srweob1rsufzojtu.jpg)
Bakı Baş Səhiyyə Mərkəzi xəbər verir ki, 1993-cü ildən etibarən hər il fevralın 11-i Ümumdünya Xəstələr Günü kimi qeyd olunur. Bu əlamətdar gün Roma Papası II İohann Pavel tərəfindən 1992-ci il mayın 13-də təsis edilib. Tarixin seçilməsi isə katoliklərin hər il fevralın 11-də sağlamlıqları üçün dua etmələri ilə əlaqədardır.
O, özünün bu barədəki xüsusi müraciətində bildirib ki, Ümumdünya Xəstələr Gününün hər il qeyd edilməsinin başlıca məqsədi xəstələrin ağrı və iztirablarını yüngülləşdirmək və ictimaiyyətin diqqətini onlara göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmağa yönəltməkdir.