
Bu il Ümumdünya Mətbuat Azadlığı Günü davamlı inkişafın təmin edilməsində azad mətbuatın roluna həsr olunub.
Bu münasibətlə YUNESKO tərəfindən təşkil ediləcək əsas tədbir Helsinkidə keçiriləcək. Tədbirdə YUNESKO-nun baş direktoru İrina Bokova və Finlandiya prezidenti Sauli Niinisto iştirak edəcək.
Qeyd edək ki, 1993-cü ildə BMT-nin Baş Assambleyası 3 may tarixini Ümumdünya Mətbuat Azadlığı Günü (World Press Freedom Day) elan edib. Bu qərar olan YUNESKO-nun Baş Konfransının işinin nəticəsi olub. Belə ki, 1991-ci ildə qəbul edilmiş "Dünyada mətbuat azadlığının təmin edilməsinə yardım haqqında" qətnamədə Baş Konfrans azad, plüralist və müstəqil mətbuatın istənilən demokratik cəmiyyətin mühüm komponenti olduğunu tanıyıb.