Mehmet Ali Ərbil saxlanıldı, Sərdar Ortaç axtarışa verildi - Cinayət işi

Mehmet Ali Ərbil saxlanıldı, Sərdar Ortaç axtarışa verildi - Cinayət işi Türkiyəli məşhur aparıcı Mehmet Ali Ərbil, müğənni Sərdar Ortaç barəsində araşdırmalara başlanılıb.

NTV xəbər verir ki, adı çəkilən şəxslər barəsində "qanunsuz mərc oynamağa təşviq etmək" maddəsi ilə istintaq başladılıb.

İstanbul Respublika Prokurorluğunda aparılan istintaq çərçivəsində aralarnda məşhur şəxslərin və sosial şəbəkə fenomenlərinin də olduğu 20 nəfərin kimliyi müəyyən edilib.

Məlumata görə, artıq M.A.Ərbil, o cümlədən 15 məşhur şəxs saxlanılıb, S.Ortaç isə axtarışa verilib.

Digər şübhəli şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.

Oxşar xəbərlər