Azər¬baycan Ordusunun bölmələri 2022-ci il mart ayının 24-25-də strateji yüksəklik olan Fərrux dağını tam nəzarətə götürdü

Azər¬baycan Ordusunun bölmələri 2022-ci il mart ayının 24-25-də strateji yüksəklik olan Fərrux dağını tam nəzarətə götürdü
2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük vətən savaşı nəticəsində 30 il işğal altında qalmış torpaqlarımız işğaldan azad edildi. Ermənistan ordusuna sarsıdıcı zərbələr vuruldu. 10 noyabr 2020-ci il tarixində qəbul olunmuş üçtərəfli bəyanata uyğun olaraq Laçın dəhlizi də daxil olmaqla Yuxarı Qarabağın bir hissəsinə müvəqqəti olaraq Rusiya sülhməramlıları yerləşdirildi.
10 noyabr sənədinə əsasən erməni separatçılarının Qarabağda qalmış tör-töküntüləri də Azərbaycan ərazisini tərk etməli idilər. Lakin Ermənistan tərəfi üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirmə¬k istəmirdi. Belə olan halda Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və Azərbaycan ordusunun hərbi əməliyyatları ilə dövlətimizin Qarabağ ərazisində tam suverenliyinin bərpa olunması bir neçə mərhələdə təmin edildi.
Azər¬baycan Ordusunun bölmələri 2022-ci il mart ayının 24-25-də strateji yüksəklik olan Fərrux dağını tam nəzarətə götürdü. Həmin ilin avqust ayında Azərbaycan Ordususunun bölmələrinin erməni təxribatına cavab olaraq keçirdiklə¬ri “Qisas” əməliyyatı nəticəsində strateji əhəmiyyətli Qırxqız, Sarıbaba və bir sıra digər yüksəkliklər nəzarət altına alındı. 26 avqust 2022-ci ildə alternativ yolun istifadəyə verilməsi ilə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan Ordusunun nəzarətinə keçdi. Laçın şəhərində Azərbaycan bayrağı dalğalandı.
2023-cü il aprel ayının 23-də qanunsuz daşınmaların və keçi¬din qarşısının alınması üçün Azərbaycanla Ermənistanı quru yolla birləşdirən Laçın yolu üzərində dövlət sərhəd-nəzarət postu qoyuldu. Bununla da dövlət sərhədimiz dövlətimizin tam nəzarətinə keçdi.
2023-cüil sentyabrın 18-də erməni separatçı-terrorçularının Xocavənd rayonu ərazisində yerləşdirdiyi minaların partlaması nəticəsində 6 Azərbaycan vətəndaşı həlak oldu. Beləliklə, mülki işçilər və hərbi qulluqçuların təhlükə¬sizliyinin təmin olunması və Azərbaycan Res¬publikasının konstitusiya quruluşunun bərpa edilməsi zəruriliyi bölgədə lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsinə yol açdı.
Bu antiterror əməliyyatı 2023-cü il sentyabr ayının 19-da, təxminən saat 13:00-da başladı. Döyüşlərin gedişində Ermənistan silah¬lı qüvvələrinin Qarabağın dağlıq hissəsində yerləşən hərbi qüvvələrinə ağır zərbə vuruldu, onların döyüş potensialı məhv edildi. Bir çox mövqelər ələ keçirildi. Ayın 19-u gecə saatlarında Azərbaycan Respublikasının Müdafiə Nazirliyi antiterror əməliyyatının aparıldığı rayonda yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələrinə silahın yerə qoyulması ilə bağlı çağırış etdi. Bildirildi ki, bu halda antiterror əməliyyatı da dayandırılacaqdır. Lakin Ermənistanın hərbi-siyasi rəhbər¬liyi və Qarabağın dağlıq hissəsində yerləşən erməni hərbi qüvvələri bu çağırışı qəbul etmə¬dilər və sentyabrın 20-də səhərdən döyüşlər yenə davam etdirildi.
Nəhayət, günorta 13:00 radələrində Azərbayca¬nın işğal edilmiş ərazilərində yara-dılmış olan xunta rejiminin rəhbərliyi Azər¬baycanın şərtlərini qəbul etməyə və silahı yerə qoymağa hazır olduğunu bildirdi. Bununla da hərbi əməliyyatlar dayandırıldı. Bir sutkadan da az davam edən bu əməliyyat nəticəsində bölgədəki mülki əha¬liyə və obyektlərə ziyan vurulmadan erməni hərbi qüvvələri məhv edildi və Azərbaycanın bütün ərazilərində dövlət suverenliyimiz təmin edildi. Daha sonra erməni separatçılarının liderləri Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən həbs edildi. Yüz ildən artıq davam etmiş erməni separatizminə birdəfəlik son qoyuldu.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun yeni bir tarixi uğuru ilə sona çatan lokal xarakterli antiter-ror əməliyyatının nəticələrini belə dəyərlən¬dirdi: “Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəman-lıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqla¬rı qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qala¬caq, necə ki, 8 Noyabr. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümü-zü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bununla sepa¬ratçıların kitabı bağlandı. Artıq Azərbaycan¬da separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir”.

Maştağa qəsəbəsi 187 nömrəli tam orta məktəbin
müəllimi Gülnar Quliyeva

Oxşar xəbərlər