Tariximizin şanlı səhifəsi olan II Qarabağ müharibəsindən sonra müstəqil Azərbaycanın ərazi bütövlüyü bərpa edildi

Tariximizin şanlı səhifəsi olan II Qarabağ müharibəsindən sonra müstəqil Azərbaycanın ərazi bütövlüyü bərpa edildi Cəhalət- ən böyük fəlakətlərin səbəbkarıdır. Bunun qarşısını alan ən güclü silah isə elm və təhsildir.
Cəmiyyətin inkişafında mühüm faktorlardan biri də şübhəsiz təhsildir. Azərbaycanda ailə dəyərləri və təhsil sahəsinə böyük önəm verilir. Demək olar ki, hər il orta məktəbi bitirən məzunların böyük əksəriyyəti ali təhsil almaq üçün imtahanlara daxil olur.
Yeni tədris ilindən etibarən bu Universitetlər sırasına Xankəndi şəhərində yerləşən Qarabağ Universiteti də daxil olub.
Tariximizin şanlı səhifəsi olan II Qarabağ müharibəsindən sonra müstəqil Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Düşmən tapdağında olan ərazilərimiz geri alındı və orada günü-gündən abadlıq, quruculuq işləri aparılır. Görülən gözəl işlərdən biri də Qarabağ Universitetinin açılmasıdır.
Prezident İlham Əliyev 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradıldı.
20 sentyabr 2024-cü il tarixində Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonrakı açılışında iştirak edib. O, çıxışında vurğulamışıdır: "Müəllimlər uşaqların, gənclərin biliklərini artırmaq, eyni zamanda, onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün fəal və səmərəli işləyirlər. İkinci Qarabağ müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclər Qarabağ uğrunda ölümə gedirdilər, ölümə getməyə hazır idilər, şəhid oldular, yaralandılar. Qarabağ Universitetinin yaradılması tarixi hadisədir. Universitetinin yaradılması ilə bağlı müvafiq Sərəncam keçən ilin noyabrında imzalandı. Universitetinin 1200 tələbəsi var. Ölkəmizin hər bir bölgəsindən tələbə var. Yüksək bal toplayan, o cümlədən 600-dən çox bal toplayan tələbələr bizimlə görüşdə iştirak edirlər və buraya böyük həvəslə gəlmişlər. Müəllim heyəti də formalaşdı. Bilirəm ki, müəllimlər də böyük həvəslə bu işə başlayırlar və ümid edirəm ki, Qarabağ Universiteti bizim aparıcı ali məktəblərdən birinə çevriləcəkdir. Bunu etmək üçün bütün imkanlar var. İndi verilən məlumata görə, artıq altı fakültə yaradılıb. Növbəti illərdə Tibb fakültəsi də yaradılacaq. Xocalıda Aqrar elmlər fakültəsi, Şuşada Turizm fakültəsi fəaliyyət göstərəcək. Yəni, bu, bir neçə şəhəri birləşdirən universitet olacaq. Əlbəttə ki, Qarabağa qayıdacaq keçmiş köçkünlər, onların uşaqları burada oxuyacaq və ölkəmizin hər bir yerindən gənclər buraya gələcəklər."

Maştağa qəsəbəsi, 128 saylı tam orta məktəbin
Tarix nüəllimi Jalə Qurbanova

Oxşar xəbərlər