Türkiyə-Azərbaycan Universiteti Xankəndidə olacaq? - "Nazirliyin mütəxəssisləri də bu məqsədlə ..."

Türkiyə-Azərbaycan Universiteti Xankəndidə olacaq? - Türkiyə-Azərbaycan Universitetinin Azərbaycanın Xankəndi şəhərində yerləşəcəyi ehtimal edilir.

Bu barədə Axar.az-a özəl mənbədən verilən məlumatda bildirilib.

İddia edilir ki, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb və Elm və Təhsil Nazirliyinin mütəxəssisləri də bu məqsədlə Xankəndiyə gediblər. Yeni universitetin mövcud infrstrukturun bazası əsasında qurulması da nəzərdə keçirilir.

Nazirlikdən bu gün mövzu ilə bağlı açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması haqda anlaşma memorandumunu Prezident İlham Əliyevin 19 fevralda Türkiyəyə səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.

Oxşar xəbərlər