Azərbaycanda Avropa İttifaqı ilə birgə müxtəlif proqramlar və layihələri uğurla reallaşdırılıb

Azərbaycanda Avropa İttifaqı ilə birgə müxtəlif proqramlar və layihələri uğurla reallaşdırılıb Avropa İttifaqı-Azərbaycan münasibətləri yarandığı dövrdən bəri ölkədə baş verən siyasi, iqtisadi, sosial proseslərdə daim Avropa İttifaqı öz töhvəsini verməyə, malik olduğu təcrübələri tətbiq etməyə çalışır. Ölkəmiz hazırda təşkilatın bir çox əməkdaşlıq proqramlarında fəal iştirak edir. Bu gün Azərbaycan 44 günlük Vətən müharibəsindəki şanlı Qələbədən sonra regionda qüdrətli geoiqtisadi güc mərkəzlərindən birinə çevrilməkdədir. Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və müdrik sərkərdəliyi ilə ərazi bütövlüyümüzün təmin edilməsi Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu qat-qat yüksəldib. Bu gün Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Avropa İttifaqı ilə qarşılıqlı hörmət və maraq prinsipləri üzərində münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsasını təşkil edir. Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır. İttifaq və Azərbaycan münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır.
Azərbaycanın xarici siyasətində prioritet olaraq qəbul edilən məqamlardan biri beynəlxalq münasibətlər sisteminin mühüm faktorlarından biri olan Avropa İttifaqı ilə qarşılıqlı əlaqələrdir. Belə ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. Həm Azərbaycan, həm Avropa İttifaqı son illərdə münasibətlərin bütün səviyyələrdə inkişaf etdirilməsində maraqlı olduğunu nümayiş etdirir. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır. Qeyd etmək lazımdır ki, Azərbaycanın əlverişli coğrafi vəziyyəti, zəngin təbii ehtiyatları ölkəmizi Avropa İttifaqının diqqət mərkəzində saxlayır.
Respublikamız Avropa bazarlarına xam neft nəqlini həyata keçirən etibarlı təchizatçı kimi tanınıb. Azərbaycanda Avropa İttifaqı ilə birgə müxtəlif proqramlar və layihələri uğurla reallaşdırılıb. Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında ticarət əlaqələri daha da gücləndirilir, texnologiyalar sahəsində yeni uğurlara imza atılır və informasiya əməkdaşlığı daha da inkişaf etdirilir. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İttifaqının əsas tərəfdaşlarından biridir. Çünki Avropa İttifaqı ölkələrinin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsində Azərbaycan əsas yer tutur. Azərbaycan neft və qaz ehtiyatlarını tədarük etməklə, təkcə regionda deyil, həm də Avropa İttifaqının cənubunda enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır. Ümumilikdə Azərbaycanın istər dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında, istərsə də regionda və dünyada sülhün, əmin-amanlığın möhkəmləndirilməsində rolunun yüksək dəyərləndirilməsi ölkəmizə verilən önəmin, artan nüfuzunun təsdiqidir. Bütün bunlar onu göstərir ki, ölkəmiz dünya üçün bu gün çox vacibdir. Azərbaycan da sülhpərvər ölkə olaraq dünyada gedən bütün proseslərdə öz sözünü deməklə yanaşı, töhfəsini də verir.

Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
tarix müəllimi Şəhanə İmanova


Oxşar xəbərlər