Azərbaycanın yaşıl enerji ilə bağlı potensiyalı çox böyükdür

Azərbaycanın yaşıl enerji ilə bağlı potensiyalı çox böyükdür Cənab prezident İlham Əliyev 21 iyun 2024-cü il tarixində “Euronews”a
müsahibə verib. Prezident İlham Əliyev müsahibəsi zamanı Azərbaycanın yaşıl enerji
potensiyalınada toxunub.
Azərbaycan da bərpa olunan enerji mənbələrindən istifadənin inkişaf
etdirilməsi üzrə geniş potensiala malik olan ölkələrdəndir. Hazırda bərpa
olunan enerji mənbələri üzrə potensialımız 27 000 MVt həcmində
qiymətləndirilir. Külək enerjisi potensialı 3 000 MVt, günəş enerjisi
potensialı 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çayları üzrə potensial
isə 520 MVt həcmindədir.
Respublikamızın müxtəlif bölgələrində ümumi gücü 66 MVt təşkil edən
külək, 40 MVt olan günəş, 38 MVt bioenerji elektrik stansiyaları,
həmçinin 32 MVt gücündə kiçik su elektrik stansiyaları istismar olunur. 2020-
ci ildə respublikada ümumi elektrik enerjisi istehsalı 25,8 mlrd kVt/st olub ki,
bunun 1,3 mlrd kVt/st-ı böyük su elektrik stansiyaları da daxil olmaqla bərpa
olunan enerji mənbələrinin payına düşüb
Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən prioritet vəzifə
olaraq irəli sürüldüyü və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə
payının 30 %-ə çatdırılmasının (hazırda 17 % təşkil edir) hədəf kimi
müəyyənləşdirildiyi nəzərə alınmaqla bu istiqamətdə bir çox işlər görülür. Bu
sahədə ilk normativ sənəd kimi “Elektrik enerjisi istehsalında bərpa olunan
enerji mənbələrindən istifadə haqqında” qanun layihəsi hazırlanıb, müvafiq
prosedurlardan sonra 31 may 2021-ci il tarixində Azərbaycanın Milli
Məclisində üçüncü oxunuşda qəbul edilib. Qanunda sahənin inkişafına özəl, o
cümlədən xarici investisiyaların cəlbi istiqamətində mexanizmlər nəzərdə
tutulub ki, bunlardan biri bərpa olunan enerji hərraclarının təşkilidir. Bu
istiqamətdə Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə
“Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsi
həyata keçirilir. Layihə çərçivəsində hərrac qaydaları işlənilib hazırlanır.
Bununla yanaşı, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və
Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkəti ilə qoyuluş gücləri müvafiq
olaraq 240 MVt olan külək elektrik stansiyası və 230 MVt gücündə günəş
elektrik stansiyasnın tikintisi ilə bağlı pilot layihələrin həyata keçirilməsinə
başlanılıb. Şirkətlərlə bu istiqamətdə “İnvestisiya müqaviləsi”, “Enerji alqısatqı
müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.
Bu 470 meqavatlıq stansiyaların təxminən 500 mln ABŞ dolları məbləğində tam
xarici investisiya hesabına tikilməsi planlaşdırılır.
BP şirkəti ilə isə Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş
elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata
keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb.
Eyni zamanda, Asiya İnkişaf Bankının dəstəyi ilə “Üzən günəş
panellərinin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi”
layihəsi həyata keçirilməkdədir. Bu layihə çərçivəsində Azərbaycanda ilk dəfə

Böyükşor gölü üzərində 100 kVt gücündə pilot üzən fotovoltaik sistemin
quraşdırılması nəzərdə tutulur.
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məkrəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə

Oxşar xəbərlər