Torpaqlarımız düşmən işğalından tam azad edildikdən sonra ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə dəqiq potensialın hesablanması həyata keçiriləcəkdir

Torpaqlarımız düşmən işğalından tam azad edildikdən sonra ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə dəqiq potensialın hesablanması həyata keçiriləcəkdir
Milli enerji şəbəkəsini gücləndirmək üçün müvafiq dövlət proqramı icra olunur və artıq lazımi maliyyə resursları da ayrılıb. Bütün dünyada elektrik enerjisi istehsalının dominant mənbəyi ənənəvi enerji mənbələridir. Bununla belə bir çox yerlərdə bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı artmaqda davam edir. Ölkəmizdə də enerjinin bu növünün istehsalına diqqət getdikcə artır. Dağlıq Qarabağ və Şərqi Zəngəzurda müxtəlif enerji mənbələrindən istifadə üçün çox böyük potensial vardır. Regionun Tərtər, Bazarçay ,Həkəri kimi əsas çayları və digər kiçik çayları böyük su enerji potensialına malikdir. Regiondakı digər mühüm enerji obyektləri “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarıdır “Qız Qalası” Su Elektrik Stansiyasının hər biri 20 MVt olan 2 hidroaqreqatdan ibarət olacağı planlaşdırılır və stansiyanın İran tərəfindən tikintisi davam etdirilir. “Xudafərin” hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanmışdır, “Qız Qalası” hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi və istifadəsi iki ölkə arasında 2016-cı ildə imzalanmış sazişlə tənzimlənir.
Günəş enerjisi potensialı - Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi - Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan MR ərazisindən sonra ikinci yerdədir. Bu ərazilərin ümumi günəş enerjisi potensialı 3000-4000 meqavattdır. Torpaqlarımız düşmən işğalından tam azad edildikdən sonra, ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə dəqiq potensialın hesablanması həyata keçiriləcəkdir. Külək enerjisi potensialı - Azərbaycan Respublikası külək enerjisindən istifadə edilməsi üçün böyük potensiala malikdir. Qarabağın dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin 7-8 m/s olduğu geniş ərazilər mövcuddur. Ümumilikdə Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300-500 meqavatt kimi qiymətləndirilir. Torpaqlarımız düşmən işğalından tam azad edildikdən sonra ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə dəqiq potensialın hesablanması həyata keçiriləcəkdir.

Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Şəlalə Səmədova

Oxşar xəbərlər