“Zeytun Pharmaceuticals” qısa müddət ərzində peşəkar heyəti və təqdim etdiyi yüksək keyfiyyətli preparatlar, istehlakçıların etimad göstərdiyi bir şirkətə çevrilmişdir

“Zeytun Pharmaceuticals” qısa müddət ərzində peşəkar heyəti və təqdim etdiyi yüksək keyfiyyətli preparatlar, istehlakçıların etimad göstərdiyi bir şirkətə çevrilmişdir “Zeytun Pharmaceuticals” MMC-nin rəhbəri Bəhruz Şirəliyev - Hər bir ölkənin həyatında dönüş nöqtələri olur. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı Azərbaycanın həyatında belə dönüş nöqtələrindən biridir. Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanda yaşanan durum hər kəsə məlumdur. O illər tariximizin qara səhifəsi kimi daim vərəqlənir. Dövlət başçısı İlham Əliyev bu çağırışı edir ki, müstəqillik tariximizin ayrı-ayrı mərhələləri müqayisəli təhlil edilməli, gənc nəsil müstəqillik yolumuzun heç də hamar olmadığını bilməlidir. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Məhz bu gün böyük qürur hissi ilə qeyd edirik ki, hazırkı Azərbaycan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin yaratdığı möhkəm təməl Azərbaycana davamlı uğurlar qazandırır. Sabitlik təmin edildi, normal biznes mühiti yaradıldı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir.

Ümummilli Lider Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Onun ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında idi. Zəngin idarəçilik təcrübəsi sayəsində Azərbaycanın dünyaya Günəş kimi doğmasını təmin etdi. Bu gün Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olması da Heydər Əliyev siyasətinin təntənəsidir.

Bu mühüm məqamı da xüsusi qeyd etmək istərdim ki, Azərbaycanın müasir siyasi sistemi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Ümummilli Lider Heydər Əliyevin partiyaya Sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb oldu. Çünki Yeni Azərbaycan Partiyası o vaxtkı antimilli iqtidara qarşı müxalifət kimi yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanda böyük əks-səda doğurdu. Azərbaycanın müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını müşahidə edildi və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə, ümumxalq partiyasına çevrildi. Hazırda partiyanın sıralarında 800 minə yaxın üzvün birləşməsi Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin siyasətinə inamın, dəstəyin ifadəsidir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın tarixi Zəfərimizin reallıqları fonunda 2021- ci ildə keçirilən VII qurultayında bu əminliyi ifadə etdi ki, YAP ənənələri olan partiyadır. YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Bu fikirlər Ümummilli Liderin Yeni Azərbaycan Partiyasının gələcəyinə inamının ifadəsi olan “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışının davamıdır.

Qısa təhlil belə bir ümumiləşdirməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə başlanan inkişaf, tərəqqi bütün sahələri əhatə etməklə tarixi Zəfərimizi şərtləndirdi. Bu gün azad Qarabağımız, azad Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir, soydaşlarımız doğma yurd-yuvalarına qayıdaraq bu torpaqlara yeni nəfəs verirlər.

Azərbaycan işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərini aparmaqla dünyaya təkmil inkişaf modelini təqdim edir. Bu torpaqlarımız beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi, həmçinin imzalanan sənədlərə şahidlikləri ilə dünyanın diqqətindədirlər. 2021-ci ilin 15 iyun tarixində, Milli Qurtuluş Günündə imzalanan Şuşa Bəyannaməsi bunun bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də Şuşada imzaladıqları bu Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir. Sənəddə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artırır. Sənəd ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.

Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi fonunda dünya ümumilikdə türk dünyasının birliyini görür. Azərbaycan dövləti daim bu çağırışı edir ki, birliyimiz gücümüzdədir. Türk dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində iki dost, qardaş, müttəfiq ölkə olan Azərbaycan və Türkiyənin atdığı addımlar daim təqdir edilir.

Bu günlərdə cənab İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən bir daha diqqəti türk dünyasının birliyinə yönəldərək bildirdi ki, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz əsas istiqamət kimi müəyyən olunub: “Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir.” O da qeyd edildi ki, türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması, bütün bunlar böyük bir güc potensialıdır. Vəzifəmiz bu potensialı dünya miqyasında böyük bir gücə çevirməkdir. Dövlətimizin başçısı bu əminliyi ifadə etdi ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü məqsədlərimizə doğru atılan növbəti addım olur.



“Zeytun Pharmaceuticals” MMC-nin rəhbəri Bəhruz Şirəliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Bəhruz Şirəliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Bəhruz Şirəliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

9 oktyabr 2014-cü ildə "Sağlamlığınızı Düşünən Apteklər Şəbəkəsi" şüarı ilə fəaliyyətə başlayan “Zeytun Pharmaceuticals” qısa müddət ərzində peşəkar heyəti və təqdim etdiyi yüksək keyfiyyətli preparatlar, habelə xidmətlər sayəsində Azərbaycanın əczaçılıq sektorunda aparıcı mövqe qazana bilmiş və istehlakçıların etimad göstərdiyi br şirkətə çevrilmişdir. Şirkətin məqsədi idxalçısı olduğu yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə Azərbaycanın səhiyyə sisteminin həm dövlət, həm də özəl sektorunda fəaliyyət göstərən səhiyyə qurumlarına və bütün əhaliyə xidmət göstərməkdir. Bu ali missiyanı ən yüksək səviyyədə reallaşdırmaqdan ötrü şirkətin əməkdaşları yorulmadan çalışır. Şirkət portfelinə daxil olan əczaçılıq məhsullarının hər bir Azərbaycan vətəndaşının sağlam həyatı üçün ələçatımlı olmasını təmin etməkdən ötrü fəaliyyət çevrəsini təkcə Bakı şəhəri ilə məhdudlaşdırmayaraq Azərbaycanın bütün bölgələrini əhatə edir. Avtomobillərdən ibarət olan logistika mərkəzi "Zeytun Pharmaceuticals" -ın bütün ölkə boyu tərəfdaşlarının təchizatı işini operativ və keyfiyyətli şəkildə qurmasına zəmin yaradır. Şirkətin qazandığı uğurların əsas özəyi peşəkarcasına formalaşdırılmış peşəkar idarəetmə standartları və onların əsasında dayanan

keyfiyyət;
zaman;
müştərilərə diqqət və onlar qarşısında məsuliyyət;
humanizm;
daimi inkişaf;
innovasiya;
komanda işi
kimi korporativ dəyərlərdir.


Bu gün Zeytun Pharma şirkəti Novartis, Sanofi, Abbott, Abdi İbrahim, Berlin Chemie, Santen, EVER, Takeda, EGIS, Actavis, Worwag, Sanovel, Nycomed, KRKA, Sandoz və s. bu kimi nəhəng istehsalçılarla sıx əməkdaşlıq edir və portfelinə yeni tərəfdaşları əlavə etməkdə davam edir.

Müştəri məmnuniyyətinin ən əhəmiyyətli komponentlərindən biri də Çağrı Mərkəzinin son dərəcə operativ və individualyanaşma strategiyası ilə xidmət göstərməsidir. Böyük və peşəkar komandamız sayəsində

tələblərinə uyğun dərman təklifi edərək;
mövcud aksiyalar və yeni gələn məhsullar haqqında məlumat verərək;
daxil olan sifarişləri dəqiqliklə qeyd edərək;
gülərüz, pozitiv və empati qura bilmə prinsibini həyata keçirərək
əczaçılarımızın məmnuniyyətini daim yüksəltmək Çağrı Mərkəzi Komandamızın qarşısına duran ən vacib məqsəddir.

Bakıda yaşayan əhalinin keyfiyyətli və orijinal dərman preparatları ilə təminatını daha da asanlaşdırmaq üçün onların gündəlik ən çox istifadə etdikləri nəqliyyat vasitəsi olan Bakı Metropoliteninin stansiyalarında apteklər şəbəkəsi qurmuşuq.

Ölkəmizdə həyata keçirilən bütün ictimai tenderlərdə iştirak edirik. İştirak etdiyimiz tenderlərdə operativ məhsuldarlığı ən yüksək səviyyədə saxlamağı və minimal mənfəətlə işləməyi hədəfləyirik.

Respublika üzrə mövcud olan klinikalar və sağlamlıq mərkəzlərinin 90%-dən çox hissəsinə xidmət göstəririk.

Xidmət etdiyimiz bütün klinika və sağlamlıq mərkəzlərinin tələb və ehtiyaclarını daha optimal qarşılamaq üçün ən uzaq məntəqəyə belə məhsulların çatdırılmasını təmin edirik.

Oxşar xəbərlər