Elçin Zülfüqarov: Milli Qurtuluş Günü azad Qarabağda, azad Şərqi Zəngəzurda qeyd edilir

Elçin Zülfüqarov: Milli Qurtuluş Günü azad Qarabağda, azad Şərqi Zəngəzurda qeyd edilir Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Elçin Zülfüqarovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Elçin Zülfüqarov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Elçin Zülfüqarov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Elçin Zülfüqarov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elçin Zülfüqarovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Elçin Zülfüqarov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Elçin Zülfüqarova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Elçin Zülfüqarov - Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan möhkəm təməl üzərində yeni-yeni hədəflərə doğru inamla irəliləyir. Ölkəmizə hansı sahədən baxsaq qazandığı təcrübənin nümunə olduğunu qeyd edə bilərik. Bu, Ümummilli Liderin məqsədyönlü siyasətinin və gələcəyə hesablanmış inkişaf strategiyasının nəticəsidir. Dövlət başçısı İlham Əliyev bu vəzifəni qarşıya qoyur ki, müstəqillik tariximizin ayrı-ayrı mərhələləri müqayisə əsasında təhlil edilməli, müstəqillik yolumuzun heç də hamar olmadığı indiki və gələcək nəsillərə çatdırılmalıdır. Ən əsası Azərbaycanın belə qüdrətli, zəngin dövlətə çevrilməsinə görə kimə borclu olduğumuzu bilməliyik.

Azərbaycanın bu günü və xoşbəxt gələcəyi üçün Ulu Öndər Heydər Əliyevə borcluyuq. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Azərbaycan müstəqilliyinin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi ucbatından böyük faciələr yaşadı. Müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycanın xilası Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Xalqımız yalnız bu qayıdışdan sonra müstəqilliyimizin sevincini yaşadı, gələcəyə böyük inamla baxdı. 1993-cü ilin 15 iyun tarixi Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.

Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Həmin tarixdə Ümummilli Lider Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 İyun tarixini bayram elan etmişdir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidməti kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini qorumasında, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən xilas etməsində idi.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz etdi. Ölkəmizdə yaradılan sabitlik iqtisadi uğurlarda əhəmiyyətli rol oynadı. Ulu Öndər dünya təcrübəsinə istinadən bildirirdi ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan iqtisadi inkişafa təkbaşına nail ola bilməz. Onun gərgin səyləri nəticəsində 1994-cü il 20 sentyabr tarixində imzalanan “Əsrin müqaviləsi” Azərbaycana iqtisadi və siyasi dvidend gətirdi. Azərbaycanın bugününə və gələcəyinə inam artdı, yeni müqavilələrə yol açıldı. Azərbaycan iştirakçısı və təşbbüsçüsü olduğu layihələrin reallığa çevrilməsi ilə regiol inkişafın aparıcı qüvvəsinə çevrildi. İllər keçdikcə bu layihələrin coğrafiyası genişlənməyə başladı və Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu artdı. 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı. Azərbaycanın iqtisadi uğurlarının davamlılığı siyasi mövqeyinin möhkəmlənməsində də öz sözünü deyir. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsindən danışmaq mümkün deyil. Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasətinin əsasında iqtisadi və siyasi islahatların vəhdətinin yaradılması dayanırdı. Son 20 ildən artıq dövrdə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirir. Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlət kimi nüfuz qazanıb. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Azərbaycan son illərdə daha da qüdrətləndi, iqtisadi imkanları fonunda ordu quruculuğu sahəsində mühüm addımlar ataraq qələbəyə hazırlandı. Azərbaycan ordusu hazırda dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz möhtəşəm tarix yazdı. Ötən il Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bu gün azad edilmiş torpaqlarda infrastruktur layihələri icra edilir, bərpa-quruculuq işlərinin miqyası genişlənir, Böyük Qayıdışın tezliklə tam şəkildə reallaşacağına əminlik artır.

Bu gün qürurla qeyd edirik ki, işğaldan azad edilmiş ərazilərimiz, o cümlədən Şuşa beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal mərkəz kimi dəyərləndirilir. Üç il öncə, 2021-ci il iyunun 15-də Qarabağın tacı, Azərbaycanın, türk dünyasının, bu il isə islam dünyasının mədəniyyət paytaxtı Şuşa şəhəri iki dost, qardaş və müttəfiq ölkə olan Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanmasına şahidlik etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad Qarabağa, azad Şuşaya ilk səfər edən dövlət başçısı kimi diqqətdə oldu. Bu səfər həm tarixi Zəfərimizin reallıqlarını, həm də iki ölkənin qardaşlığının, dostluğunun və müttəfiqliyinin rəsmi şəkildə dünyaya təqdimatı oldu.

Təbii ki, atılan hər bir mühüm, taixi addımı şərtləndirən amillər mövcuddur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. İlk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün Azərbaycan və Türkiyə dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstərir. Bu nöqteyi-nəzərdən yanaşsaq Şuşa Bəyannaməsinin tarixə əsaslandığını böyük əminliklə qeyd edə bilərik. Bəyannamədə böyük Öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin dünəninə baxış fonunda gələcəyi barədə aydın təsəvvür yaradan “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” fikirləri öz əksini tapıb. Şuşa Bəyannaməsinin imzalanmasına gedən yolu şərh edərkən təkcə 44 günlük İkinci Qarabağ müharibəsindən bugünədək iki qardaş ölkənin bir-birlərinə dəstəyinə diqqət yetirmək kifayətdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” bəyanatı dünyaya mesaj olmaqla yanaşı, ölkəmizə böyük güc verdi, sabaha daha inamla addımlamağa stimul oldu. Tarixi Zəfərimiz həm Azərbaycan-Türkiyə münasibətlərinə, həm də ümumilikdə türk dünyasının birliyinə böyük töhfələr verir. Son dörd ilə yaxın müddətdə qeyd olunan istiqamətlərdə qazanılan uğurlar göz qabağındadır.

Cənab İlham Əliyev bu günlərdə TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarını qəbul edərkən mühüm çağırışlar səsləndirdi. Dövlətimizin başçısı bildirdi ki, TÜRKPA-nın bugünkü toplantısı böyük əhəmiyyət daşıyır: “Əminəm ki, müzakirə ediləcək məsələlər bizim birliyimizi daha da gücləndirəcək. Eyni zamanda, hər dəfə qardaş ölkələrdən yüksəkvəzifəli şəxslər ölkəmizə gələndə, bu, bizi sevindirir. Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur.”

Oxşar xəbərlər