Türk Dünyası böyük coğrafiyanı əhatə edir

Türk Dünyası böyük coğrafiyanı əhatə edir
Prezident İlham Əliyev 6 iyun 2024-cü ildə TÜRKPA-nın nümayəndə heyətini qəbul edib. İclasın əsas gündəm mövzusu Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrin daha da möhkəmləndirilməsi yönündə atılacaq addımlar olub.
TÜRKPA nümayəndələrini qəbul edən Prezident İlham Əliyev öz çıxışında – “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əsində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir” fikirlərini deyib.
Bir aydan sonra Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının qeyri- rəsmi zirvə görüşü keçiriləcək. Görüşün əsas məqsədi birliyimizin gücləndirilməsi üçün müxtəlif addımların atılması olacaq. Bu görüşün Şuşada keçirilməsi heç də təsadüfi bir hal deyil və böyük bir məna daşıyır. Çünki Şuşa şəhəri son 4 ildir düşmən işğalından azad edilib. Burada çox sürətli quruculuq işləri gedir. Zaman-zaman Türk dövlətləri – Türkiyə, Qazaxısatan, Qırğızıstan, Özbəkistan liderləri işğaldan azad olunmuş rayonlarımıza səfərlər etmişlər. Bu rayonlarda aparılan quruculuq işlərində qardaş ölkələrin birbaşa təşəbbüsü və maliyyə dəstəkləri böyük önəm daşıyır.
Bu plenar iclasın keçirilməsində nəqliyyat və iqlim məsələləri də əsas məqsədlərdən biri olub. Bilirik ki, bu ilin noyabr ayında keçiriləcək COP29 konfransına Azərbyacan ev sahibliyi edəcək. Bu tədbirin hazırlıq mərhələsində qardaş ölkələrlə bu məsələləri müzakirə etmək böyük fayda verəcəkdir. Həmçinin Orta Dəhlizin fəaliyyətə başlaması Türk dövlətlərinin ən öndə məsələlərində biridir. Orta Dəhliz bütün dünyada səs gətirəcək böyük potensialı var və hər bir ölkə bu məsələdə maraqlıdır.
Türk Dünyası böyük coğrafiyanı əhatə edir. Bu ölkələr istər maddi resursları, təbii sərvətləri, enerji resursları, nəqliyyat imkanları, istərsə də insan kapitalı baxımından böyük potensiala sahibdirlər. Bizim qarşımızda duran vəzifədir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək.

qəsəbəsi, 96№-li tam orta məktəbin
Coğrafiya müəllimi Aytən Məmmədova

Oxşar xəbərlər