Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK

Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK Rusiya federasiyaya sadiq zabitlər təyin etməklə Suriyadakı İran təsirindən qurtulmağa çalışır.

Bu barədə Qətərin “Əl-Ərəbi Əl-Cədid” qəzeti Suriyadakı mənbəsinə istinadən məlumat yayıb.

"Suriyanın kəşfiyyat orqanları Rusiya Federasiyasına sadiq olan bir sıra zabitləri ölkənin qərbində yerləşən Homs və Həmada hava qüvvələrinin kəşfiyyatı üçün məsul vəzifələrə təyin edib", - nəşr yazıb.

Qeyd edilir ki, Rusiya bununla Suriya təhlükəsizlik qüvvələrini İranın təsirindən çıxarmağa çalışır.

19 yanvarda da Qətərin “Əl-Ərəbi Əl-Cədid” qəzeti yeni təhlükəsizlik təyinatlarının Rusiya tərəfindən təşkil edildiyini bildirib. Mənbəyə görə, “Rusiya Əli Məmlükü (hazırda Suriya prezidenti Əsədin müşaviri) Suriyada siyasi rola hazırlayırdı”.

Oxşar xəbərlər