Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycan xalqı yüksək qiymətləndirir

Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycan xalqı yüksək qiymətləndirir Dünyada ən uzun dəmir yolu xətlərindən biri olan Baykal Amur Magistralı (BAM) Rusiyanın İrkutsk vilayəti, Zabaykalye diyarı, Amur vilayəti, Buryatiyr və Yakutiyadan keçir. Transibir magistralı ilə bərabər Rusiyanın Sakit Okean Regionuna çıxışına imkan verən bu nəhəng yol infrastrukturunun tikintisi ilə bağlı ideya hələ XIX əsrdə yaransa da, tədqiqat işlərinə 1920-ci ildən başlanılıb.
Prezident İlham Əliyevin cari ilin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib. Görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin çıxışı zamanı bildirib ki, Heydər Əlirza oğlu Əliyev BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik edib və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyib.
Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti "Baykal Amur Magistralının İnşası haqqında" Qərar verdi. Magistralın tikintisinə Sovet İttifaqının vətəndaşı olan 70 fərqli xalqın təmsilçisi cəlb olunmuş, layihənin icrasına rəhbərlik isə həmin dövrdə SSRİ Nazirlər Sovetinin sədr müavini işləyən Ulu öndər Heydər Əliyevə tapşırılmışdı. Ulu öndər Heydər Əliyev həm də tikinti işləri zamanı ayrı-ayrı inşaat sahələrinə gedərək, işlərlə yerində tanış olan və Siyasi Büroya təqdim edilməsi məqsədilə hesabat hazırlayan ilk rəhbər şəxs idi. Həmin illərdə layihənin başa çatdırılmasına mane olan bir faktor da vardı. Bu isə bilavasitə Severomuysk tunelinin inşası ilə əlaqəli idi. O dövrü yaxşı xatırlayanlar bilir ki, inşaatçılar Baykal gölünün dərinliklərinə enməli idilər. Məhz Ulu öndər Heydər Əliyev həmin sahədə alternativ marşrutun seçilməsi ideyasını dəstəkləyərək, bu çətinliyin aradan qaldırılmasına nail ola bilmişdi.
Ulu öndər Heydər Əliyevin XX əsrdə Avrasiya regionunda geosiyasi cəhətdən əhəmiyyətə malik, eyni zamanda, ən nəhəng nəqliyyat infrastrukturu layihəsinin rəhbəri olduğu qeyd edilirdi. Digər tərəfdən, Ulu öndər Heydər Əliyevə həsr olunmuş "Öndər" kitabında yazılıb ki, bu təkcə onun rəhbərlik istedadının göstəricisi deyildi. Heydər Əliyev bu layihəyə rəhbərlik etməklə adını dünyamiqyaslı idarəçilərin sırasına yazdırmağa nail olmuşdu. Həmin məqalələrdə bu cür nəhəng layihənin Ulu öndər Heydər Əliyevə tapşırılmasının əhəmiyyətindən bəhs olunurdu. Bu məqalələrdə sözü gedən yolun inşasına mane olan səbəblər təhlil edilir, Ulu öndər Heydər Əliyevin bu çətinliklərin aradan qaldırılmasındakı rolu yüksək dəyərləndirilirdi.
Ümummilli lider, ulu öndər Heydər Əliyevin xidmətləri Rusiyanın nüfuzlu dövlət və siyasi xadimləri tərəfindən də hər zaman yüksək qiymətləndirib.
Ulu öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir.
Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
direktoru Kəmalə Məmmədova


Oxşar xəbərlər