
Müharibə dövrünün ən ağır, ən böyük yükünü çiyinlərində daşıyan sərkərdə “Dəmir yumruq” sahibi, ölkə başçımız eyni zamanda “dəmir məntiqi” ilə döyüşürdü. Böyük intellekt, sarsılmaz iradə, güclü qətiyyət sahibi olan cənab İlham Əliyev həmin günlərdə hər yerdə idi-diplomatiya cəbhəsində, siyasət meydanında, informasiya müharibəsində. Hamısında da ön cərgədə idi. Müharibənin gedişatı ilə bağlı elə bir məqam,hadisə,detal,ideya yox idi ki, cənab İlham Əliyev ona toxunmasın, münasibət bildirməsin, xalqı məlumatlandırmasın. Çünki prezident gücünü öz xalqından alırdı. O bilirdi ki,dayağı, arxas el olanın başı göylərə çatar,kürəyi yerə gəlməz. Belə də oldu! Xalqın birliyi, əzmi, iradəsi, gücü,sərkərdəsinə olan inamı qələbəni gətirdi. Xalqımız qalib xalq oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Zəfərimizə qovuşduq!
Bu gün Qarabağda, Zəngəzurda aparılan quruculuq işlərində.2023-cü ilin sentyabrında keçirilən anti-terror əməliyyatında xalqımız yenə də bir yumruq kimi səfərbər oldu.Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu.
Xankəndində, Xocalıda qaldırılan üçrəngli, ay-ulduzlu,şəhidlərimizin müqəddəs əmanəti olan Azərbaycan bayrağı qürurla dalğalanır,”Biz qayıtdıq!” “Həmişəlik qayıtdıq!” sədaları göylərə yüksəlir.
Bilgəh qəsəbəsi, 142 saylı tam orta məktəbin
Müəllimi Məhəbbət Hüseynova