
Bu sözləri Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil Xankəndi–Bakı ultra marafonunun açılış mərasimində Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov deyib.
"Biz neçə illərdir bu ağrı-acını hamımız bərabər yaşamışıq. Özünüz bilirsiniz ki, mən əslən kəlbəcərliyəm. Düz, 30 il öncə mən o rayondan çıxmışdım. Amma sonra möhtərəm cənab Prezidentin başçılığı altında bizim müzəffər ordumuz torpaqlarımızı, o cümlədən Xankəndini azad etdi. Bu gün biz sizinlə burada tədbir keçiririk. Mənim üçün dünyada bundan yaxşı heç nə ola bilməz. Hər bir azərbaycanlı üçün bu fəxarətdir. Xeyirli-uğurlu olsun! Gözümüz aydın olsun! Qarabağ Azərbaycandır!" , - deyə o əlavə edib.