ATV-nin idman jurnalisti Vüsal Qurbanov doğulduğu, işğaldan azad edilmiş Zəngilan rayonuna ezam olunub.Ölkə.Az xəbər verir ki, jurnalist Zəngilanda öz evlərini tapıb.Həmin vaxt Vüsal Qurbanov qəhərlənib və bu sözləri deyib:“Gözün aydın olsun, ata! Ruhun şad olsun, ana! 27 ildir həsrətində olduğunuz evimizdəyəm”.