
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Səbail”i 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
O, növbəti turda qarşılaşacaqları “Neftçi” ilə matç barədə də danışıb: “Rəqibimiz ciddi və istəklidir. Oyunlarımız maraqlı alınır. Oyunçulardan intizamlı olmalarını tələb edəcəyəm. Onlar da bu matçı gözləyirlər. Çalışacağıq ki, azarkeşlər üçün maraqlı görüş olsun və futboldan həzz alsınlar. Ondan sonra Kipr APOEL-i ilə qarşılaşmanın olmasına baxmayaraq, “Neftçi” ilə matçda çox dəyişiklik etməyi düşünmürəm. Bir və ya iki dəyişiklik edə bilərik”.