Prezident və xanımı təntənəli açılış mərasimində - Fotolar

Prezident və xanımı təntənəli açılış mərasimində - Fotolar “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi keçirilir.

“Qafqazinfo” xəbər verir ki, “Baku Crystal Hall”da keçirilən təntənəli açılış mərasimində Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak edirlər.

Prezident və xanımı təntənəli açılış mərasimində - Fotolar

Əvvəlcə Azərbaycanın dövlət himninin sədaları altında Milli Qvardiyanın əsgərləri dövlət bayrağını təntənəli şəkildə meydana gətirərək ucaldıblar.

Bundan sonra atletlərin paradı başlayıb. Atletlərin paradından sonra festivala ev sahibliyi edən Azərbaycan haqqında film nümayiş etdirilib. Filmdə ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, eləcə də paytaxt Bakının görməli yerləri haqqında kadrlar nümayiş olunub.

Baş Nazirinin birinci müavini, XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov və Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç çıxış ediblər. Bundan sonra Prezident İlham Əliyev XV Avropa Gənclər Yay Olimpiya Festivalını açıq elan edib.

Oxşar xəbərlər