Azərbaycan xalqının mənfur düşmənləri torpaqlarımıza göz dikmiş, sadəcə bununlada qane olmayaraq adət-ənənələrimizə mənəvi dəyərlərimizədə sahiblənməyə çalışmışlar

Azərbaycan xalqının mənfur düşmənləri torpaqlarımıza göz dikmiş, sadəcə bununlada qane olmayaraq adət-ənənələrimizə mənəvi dəyərlərimizədə sahiblənməyə çalışmışlar

Tarix boyu, min illər öncə belə müharibələr baş vermiş, torpaq, vətən uğrunda döyüşlər olmuşdur. Azərbaycan xalqının mənfur düşmənləri torpaqlarımıza göz dikmiş, sadəcə bununlada qane olmayaraq adət-ənənələrimizə mənəvi dəyərlərimizədə sahiblənməyə çalışmışlar. Vətənimizin dilbər guşəsi olan bütöv Qarabağa, qızıl yataqları ilə zəngin Kəlbəcərə, zəngin təbiəti olan Şuşaya hücum edib, bu torpaqlarda kök salmaq istəyiblər. Sadəcə ən əsas nüansı yaddan çıxarıblar: Azərbaycan xalqının güclü Ali baş komandanı və əzmkar, torpaq, vətən uğrunda canından keçməyə hazır olan ordusu var. Düşmən 30 il boyunca faciələr törətmiş, günahsız insanların qanını tökmüş, qoca, cavan, körpə demədən hər kəsə işgəncələr vermişdir.
Heç bir hadisə unudulmur! Azərbaycan ordusu Ali baş komandandan əmr alaraq düşmənə layiqli cavab verib. Tovuz ərazisində Polad Həşimovun əzmkarlığı, qorxmazlığı ilə başlayan müharibə bütöv Azərbaycan ordusunun dəmir yumruq altında birləşərək düşmənə layiqli cavabını verməsi ilə sona çatmışdır.
44 günlük müharibə sonunda illərlə düşmən əsarətində qalan əsirlərimizin, vətən uğrunda canından keçən şəhidlərimizin qanı yerdə qalmamışdır. Artıq analar göz yaşı axıtmayacaq, övladlar atalarının müharibədən gəlməsini gözləməyəcək, qan axıdılmayacaq. Biz firavan şəkildə yaşadığımız, qalib ölkənin qalib vətəndaşı olduğumuz üçün Ali baş komandanımıza və ordumuza borcluyuq.
Qarabağ Azərbaycandır!

Maştağa qəsəbəsi, 187 saylı tam orta məktəbin
riyaziyyat müəllimi Aynur Həmidova

Oxşar xəbərlər