Yumruq kimi birləşən xalq

Yumruq kimi birləşən xalq
Hər bir insanın qəlbində ana kimi müqəddəs, ülvi və şirin bir hiss yaşayır. İnsan qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bu hiss Vətən eşqi, Vətən sevgisidir. İnsan göz açdıqda ilk anasını görürsə, ilk addımlarını da Vətən torpağında atır və Vətən sevgisini, yurd eşqinin hərarətini dərindən duyur. İçimizdə coşub-çağlayan bu məhəbbət bizi illərdir suyuna, havasına, torpaq qoxusuna həsrət olduğumuz yurdumuza qaytardı.
Tarixi torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğal olunması Azərbaycan xalqının qəlbində sağalmayan yara idi. İllərdir torpaqlarımızın düşmən əlində olması, müqəddəs torpaqlarımızda ermənilərin at oynatması o yaranı sızladır,yaramıza duz səpirdi. Əlbəttəki,bu işğalın nə vaxtsa bitəcəyi, Qarabağın öz əzəli sahiblərinə qovuşacağı şübhəsiz idi və o gün yetişdi.
Qarabağı otuz ildir işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan ordusu sakit qala bilməzdi. 2020-ci il sentyabrın 27-də xalqın səbr kasası doldu və qəlblərdə sızlayan yaranın sağalma məqamı çatdı. Azərbaycanın Vətən müharibəsi,igidlərimizin ədalətli mübarizəsi başlandı. Böyükdən kiçiyə hər kəs cəbhəyə kökləndi. Könüllü olaraq cəbhəyə yollanan igidlərin qəlbi Vətən naminə döyünürdü. Vətən müharibəsində bir nəfər də fərari olmadı, yaralı əsgər və zabitlər tezliklə sağalıb döyüş meydanına qayıdır, öz müqəddəs vəzifələrini başa vurmaq üçün can atırdılar. Düşünmədən canlarını Vətən üçün fəda etməyə hazır idilər. Xalq da əlindən gələn köməyi əsirgəmir, cəbhədə vuruşanlarda ruh yüksəkliyini saxlamağa çalışırdılar. Bunun səbəbi, əbəttə ki, xalq-ordu birliyi idi. O gün xalqımız bir bayraq altında yumruq kimi birləşdi.
Vətən müharibəsi zamanı hər kəsin gözü müzəffər ordunun komandanı Prezident İlham Əliyevdə idi. Qulaqlar torpaqların azad olunma xəbərini eşitmək istəyir, qəlblər qələbə arzusu ilə alovlanırdı. Bəli, qələbə xəbərləri gəlməyə başlayırdı.Torpaqlarımız işğaladan azad olunurdu. Kəndlərin, şəhərlərin azad olunma xəbəri gəlincə hər kəsin gözündən sevinc göz yaşları axırdı.Yurdlarından didərgin salınmış insanların gözündə həyat eşqi canlanmağa başlayırdı.
44 günlük müharibədə Azərbaycan tam qələbə qazandı.Azərbaycan təkcə döyüş meydanında deyil, həm də diplomatiya sahəsində də qalib gəldi. Nəticədə Ermənistanın kapitulyasiya aktı imzaladı. Torpaqlarımız düşmən tapadağından xilas oldu. Artıq o torpaqlarda azan səsi ucaldılır. Yad ayaqlar altında qalmış xarıbülbül yurdun sahiblərini görərək cana gəlib. Şuşa qalasında, Xudafərin körpüsündə, tariximizin izi olan yerlərdə üçrəngli bayarağmız dalğalanır.
Qarabağ millətimizin milli ləyaqət rəmzidir. Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri çəkilmədi, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilmədi. Ali Baş Komandanın dəmir iradəsi, bənzərsiz diplomatik məharəti, xalqla birlik olması Azərbaycanı bütünləşdirdi. Dünyaya göstərdik ki,Azərbaycanın torpaqlarını işğaldan azad etməyə güclü ordusu və torpaq uğrunda canından belə keçməyə hazır xalqı var. Lider öz xalqının xalq öz liderinin yanındadır.

Maştağa qəsəbəsi,108 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Əliyeva

Oxşar xəbərlər