Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları on minlərlə Azərbaycan hərbçiləridir

Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları on minlərlə Azərbaycan hərbçiləridir
Artıq biz zəfərimizin üçüncü ildönümünü qeyd edirik. Biz bu tarixi zəfərə müzəffər Silahlı Qüvvələrimizin cəsarəti,qəhrəmanlığı, Azərbaycan xalqının əyilməz ruhu,beynəlxalq müstəvidə siyasi iradəmiz sayəsində nail olduq. Güclü siyasi iradə imkan verdi ki, müstəqil siyasət aparaq,imkan verməyək kimsə bizim işimizə müdaxilə etsin.
Bu gün Azərbaycan suverenliyini tam şəkildə bərpa edib. Okytabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan bayrağı qaldırıldı. Bundan böyük xoşbəxtlik ola bilməz. Biz 20 il ərzində bu günə doğru gedirdik. Bunun üçün hazırlıq işləri gedirdi. Və nəhayət Azərbaycan öz suverenliyini tam şəkildə bərpa etdi.
Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları on minlərlə Azərbaycan hərbçiləridir. Nə qədər silahımız,sursatımız olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsək belə, qələbəni əldə edən əlində silah olan əsgərdir, zabitdir. Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir. O, sinəsini qabağa verib vətən üçün ölümə getməyə hazır idi. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə hazır olmamışdır. İnanırıq ki, Azərbaycan əsgərinin bu böyük şücaəti, qəhrəmanlığı böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əsl nümunə olacaq.
Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Biz döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq, bu tarixi qələbəmizlə göstərdik ki, Qarabağ Azərbaycandır! Bu gün hər kəs, eləcə də Ermənistan və onun arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat edə bilməz.

Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Günay Əhmədova

Oxşar xəbərlər