
Hər dəfə yeni kənd və şəhərlərimizin işğaldan azad olunması xəbəri xalqa çatdırılanda bu, insanlarda qələbəyə böyük ümid yaradırdı. Hətta azad olunmuş ərazilərdə bütün infrastrukturun dağıdılması belə xalqımızın qələbə əzminə təsir etmədi, indi onlar səbirsizliklə doğma torpağa qayıdacaqları günü gözləyir.
Bu illər ərzində Azərbaycanda formalaşan iqtisadi potensial bizi bu qələbəyə addım-addım yaxınlaşdırdı. Bir vaxtlar “neftin pulları hara gedir” sualını verən bədxahlara 44 günlük Vətən müharibəsinin qalibiyyəti ən yaxşı cavab idi. Biz o pulları düşmənin başına yağış kimi yağan müasir silahlarda gördük. Azərbaycanın güclü, bütün dünyanı mat qoyan samballı ordu quruculuğunda gördük. Bundan sonra başı dik, üzü ağ gəzəcəyik! Çünki biz qalib ölkənin vətəndaşlarıyıq. Bizim Qalib Ordumuz var! Bizim xalqın övladları - müstəqillik dövründə yetişən gənc nəsil tariximizi də, taleyimizi də ən ağır töhmətdən xilas edib, inanılmazı gerçəyə çevirib, bizə böyük Qələbəni yaşadıb!
Bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular. Ona görə də bu gün tam əminliklə deyə bilərik ki, ordu tarixi missiyanı şərəflə yerinə yetirdi, işğal edilmiş torpaqları düşməndən azad etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, Şuşa şəhəri döyüşlə azad olundu. Hərb meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edibiz torpaqlarımıza Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti, milli şərəf lövhəmizibəzəyən igidlərin hesabına qayıdırıq. hərbi komissarlıqların önünə növbəyə düzülən, arxaya baxmadan, tərəddüd belə etmədən Vətəni qucaqlamağa gedən, silahına sarılıb canıyla-qanıyla “Qarabağ Azərbaycandır” hayqıran igidlərin sayəsində tarixi Zəfərə qovuşduq.
Bir əlimdə bayrağım, bir əlimdə silahım,
Dilimdə yurd nəğməsi, başım üstə Allahım.
O, mənim qibləgahım, o, mənim səcdəgahım,
Çox uzaqdan gəlirəm, çox uzağa gedirəm,
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
tarix müəllimi Aynurə Musayeva