Müəyyən vaxtdan sonra Qarabağ Azərbaycan iqtisadiyyatında öz sözünü demiş bölgələrdən olacaq

Müəyyən vaxtdan sonra Qarabağ Azərbaycan iqtisadiyyatında öz sözünü demiş bölgələrdən olacaq

Prezident İlham Əliyevin cari ilin 17 oktyabr tarixli "Füzuli şəhəri günü" ndə Fizuli şəhərinə köçmüş sakinləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Bu günlərdə - tarixi Zəfər ərəfəsində daha yeni qalibiyyət xəbərləri alırıq. İşğaldan Azad olmuş torpaqlarımız abadlaşdırılır və həmin yerlərə sakinlər məskunlaşırlar. Neinki yaşlılar hətta gənc nəsil də öz doğma torpaqlarına qayıdır. Bu isə ona sübutdur ki, biz öz soy kökümüzə bağlı xalqıq. Azərbaycan xalqının doğma diyarına böyük sevgisi var.
Azərbaycan Respublikası Milli Şəhərsalma Fonduna bu sahədə layihələr təqdim edərək Ağdamda, Zəngilanda və s. səfərlərdə quruculuq işləri aparılmışdır. Yaşamaq üçün hər bir şərait vardır.
Aylar keçdikcə burada yaşayanların sayı da artacaq, 200-dən çox insan artıq doğma obaya yerləşmişdir. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır.
Böyük Qayıdış proqramımızın birinci mərhələsinin sonunda 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda, bütövlükdə isə Qarabağ və şərqi Zəngəzurda 140 min insan yaşayacaq.
Bütün layihələri icra edən aidiyyəti dövlət qurumları yerləşdirilmiş insanların məşğuliyyətinin olmasında düşünüblər.Texnika ilə mal-qara və s. Bütün lazımi vasitələri onlara təqdim etməyə hazırdılar.
Müəyyən vaxtdan sonra Qarabağ Azərbaycan iqtisadiyyatında öz sözünü demiş bölgələrdən olacaq. Birinci Qarabağ müharibəsində 15 minə yaxın şəhid vermişdi. Lakin II Qarabağ müharibəsində planlaşdırılan hərbi əməliyyatlar uğurla nəticələndi. Şəhidlərin qəhrəmanlığı unudulmur.
Biz işğal dövründə də vətənpərvər, Vətən torpaq uğrunda canından keçmək istəyən şagirdlər yetişdirdik. Belə coğrafi məkanda bu tarixi Qələbə sevincini bizə yaşadan Ali Baş Komandirimiz, müzəffər ordumuz sağ olsun!!!


Maştağa qəsəbəsi, 128 saylı tam orta məktəbin
müəllimi Azadə Məmmədova


Oxşar xəbərlər