Füzulinin timsalında bütün dünya gördü ki, erməni vəhşiliyi nədən ibarətdir

Füzulinin timsalında bütün dünya gördü ki, erməni vəhşiliyi nədən ibarətdir Qarabağın şərq qapısı hesab olunan Fizuli rayonu azad olunduğu gündən etibarən ölkə prezideninin daim nəzarətindədi və şəhərin yenidən qurulmasında mühüm addımlar atılmışdır. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi “Füzuli Şəhəri Günü” kimi qeyd olunur. Elə məhs bu sərəncam özü də prezidentin şəhərin inkişafına,abadlaşmasına ayırdığı diqqətin göstəricisidir.
Vətən müharibəsi başa çatdıqdan sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ilk səfərləri də məhz ilk şəhid verdiyimiz torpaqlara oldu. Dövlət başçısı 2020-ci il noyabrın 16-da Füzuli şəhərində Azərbaycan Bayrağını qaldırdı.
Prezident İlham Əliyevin cari ilin 17 oktyabr tarixində “Füzuli şəhəri günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə qeyd etdiyi kimi “Füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Bu, xalqımızın böyüklüyünü göstərir”.
Cənab Prezidentin çıxışında bir məqamı xüsusi qeyd etmək istəyirəm: İşğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var. Doğurdan da Azərbaycan xalqı göstərdi ki, əsl vətən sevgisi, torpaq sevgisi necə olur.
Füzulinin timsalında bütün dünya gördü ki, erməni vəhşiliyi nədən ibarətdir. Biz uzun illər Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdı, elələri də var idi ki, inanmaq istəmirdi. İşğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Çünki buraya gələn hər bir insan görəcəkdi, erməni vəhşiliyi nədən ibarətdir.
Biz heç vaxt işğalı, əzab-əziyyəti şagirdlərimizə unutdurmamalıyıq. Onlar bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb.
Füzuli indi tamamilə yenidən qurulur. Aylar keçdikcə burada yaşayanların sayı da təbii ki, artacaq. 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır.
Məktəb və ailə gənclərin doğma torpaqlarımıza qayıtmağının vacib amilidir.Gənclər doğma torpaqlarına sahib çıxırlar. Bu vətənpərvərlik,bu yurd sevgisi daim ölkəmizi yadelli nəfsindən qorumağa qadirdir.

Bakıxanpv qəsəbəsi, 80 nömrəli tam orta məktəbin
tarix müəllimi Afət Nəbiyeva

Oxşar xəbərlər