Füzuli və əməliyyatı ona görə önəmlidir ki, burada düşmən istehkamlar tikmişdi

Füzuli və əməliyyatı ona görə önəmlidir ki, burada düşmən istehkamlar tikmişdi
Füzuli rayonu 44 günlük II Qarabağ müharibəsi zamanı strateji əhəmiyyətə malikdir. Buna görə də, Füzuli rayonunun tamamilə işğaldan azad edilməsi müharibənin ilk tarixlərinə təsadüf etdi. 17 oktyabr tarixi əlamətdar hadisə kimi yadda qaldı. Füzuli rayonu mənfur düşmənlərimiz tərəfindən güclü qorunurdu. Əsas təmas nöqtələrindən biri idi. Hətta erməni nəzarətində olan ərazilərin kilometrlik eşelonlu müdafiə sistemi inşa edilmişdi.
Ermənilərin işğalında olan ərazi gec-tez geri qaytaracaqlarına görə həmin əraziləri viran etmiş, xeyli sayda mina və döyüş sursatı basdırılmışdı. Relyefin Qarabağ ərazisinə doğru yüksəlməsi onların mövqelərini daha da möhkəmləndirirdi. Buna baxmayaraq, qüdrətli ordumuzun iradəsi, intiqam hissi onları daima qarşıya doğru irəliləməsinə zəmin yaradırdı. Sıravi əsgərindən komandirinə kimi bütün döyüş kontingenti qarşısında torpaqlarımızın işğaldan azad olunması ülvi amal kimi dayanırdı. Füzuli və əməliyyatı ona görə önəmlidir ki, burada düşmən istehkamlar tikmişdi. Əsas məqsəd ön xəttin yarılması idi və belə də oldu. 17 oktyabr 2020 tarixində Füzuli rayonu, 18 kəndi, həmçinin, Cəbrayıl və Xocavənd rayonunun bir sıra əraziləri işğaldan azad edildi. Ordunun bu müharibə günlərində göstərdikləri igidlik nümunəsi dünyanın bir çox dövlətlərini təəccübləndirmişdi. Artıq mənfur düşmənlərimiz bilməlidirlər ki, Azərbaycan xalqı qalib xalqdır, xalqımızın müzəffər Ali Baş Komandanı İlham Əliyev, dünya tarixinə 44 günlük müharibə müddəti ilə səs salan sarsılmaz şücaətli ordumuz var.

Ramana qəsəbəsi, 198 nömrəli tam orta məktəbin
coğrafiya-tarix müəllimi Nərminə Şirinova

Oxşar xəbərlər