Anım Günü iftixar hisslərin səbəbidir

Anım Günü iftixar  hisslərin səbəbidir
27 sentyabr tariximizə şanlı zəfər yazan şəhidlərimizin anım günüdür. Ermənistan ordusu ölkəmizə qarşı 2020- ci il sentyabrın 27- dən başlayan növbəti Hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsi başlatmışdır.
Ermənistan ordusu bu hücuma 44 gün tab gətirə bildi. Əsgrlərimiz şücaətlə,qorxmadan,inamla irəlilədi.Əsgərlərimizin.gücünə tab gətirə bilməyən düşmən təslim oldu,diz çökdü.
Minlərlə əsgərimiz şəhid oldu. Onlar bizim 30 illik həsrətimizə son qoydular. 44 günlük müharibədə tarix yazdılar. Ölümün gözünə.dik baxan şəhidlərimiz daim bizim qəlbimizdə yaşayacaq. Onlarnı bu şücaəti heç vaxt unudulmayacaq.
Deyirlər, Şəhidlər vurulan zaman ölmür, unudulan zaman ölür. Onlar bizim rahatlığımız üçün canlarından, qanlarından keçdilər.
Həyatda ən böyük xoşbəxtlik də Vətən yolunda şəhid olmaqdır. Hər dəfə şəhidlərin məzarını ziyarət edərkən şəhidlik adlı zirvənin əlçatmaz olduğunu öyrəndik.
Xalqımız bütün itkilərə rəğmən sevinc, qürur hissi keçirirdi. Bu Vətən müharibəsində övladını itirən valideynlər “Vətən sağ olsun” kəlməsinini işlətməsi isə necə böyük xalq olduğumuzun göstəricisidir.
Tarixi qələbə.Bu qələbəni bizə yaşadan isə Ali Baş Komandanın tapşırıqlarımı yerinə yetirən məğrur,qorxmaz, igid döyüşçülr oldu. O döyüşçülər ki ölümün gözünə dikbaxdılar, torpaqlarımızın azad olunmasına görə canlarından keçdilər.
Döyüşlər bitdikdən sonra cənab prezident, Ali baş komandan İlham Əliyev dekabrın 2-də imzaladığı fərmanla sentyabrın 27-ni Anım Günü kimi qeyd olunmasını göstəriş verdi.
2020-ci ilə qədər biz işğal günlərini anırdıq. Amma daha bitdi.. Anılası bir tariximiz olacaq. Sentyabrın 27-si

Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Səadət Qədimova

Oxşar xəbərlər