II Qarabağ müharibəsi şəhidlərini dərin hüzünlə anırıq

II Qarabağ müharibəsi şəhidlərini dərin hüzünlə anırıq
Hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. Cənab prezidentin də qeyd etdiyi kimi, hər bir Azərbaycan vətəndaşının həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Bu 44 gün ərzində Azərbaycan öz hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı.
27 sentyabr bizim üçün Vətən müharibəmizin başlanma tarixi və möhtəşəm qələbə tariximizdir. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində ordumuz Ermənistanın silahlı qüvvələrini məhv edərək şəhidlərimizin qisasını aldı və tariximizə yeni bir şanlı gün yazdı. Həyatını böyük qəhrəmanlıqla itirən şəhidlərin xatirəsinin anılması Cənab Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən ölkəmizdə qeyd edilir.
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək ordumuzun mövqelərini atəşə tutdu və xeyli sayda mülki şəxs v hərbçilər həlak oldular. Bundan sonra Ali Baş Komandan cənab İlham Əliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti təxribatının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın əks-hücum əməliyyatına başlaması əmrini verdi.
200 il bundan əvvəl çar Rusiyası tərəfindən Qarabağa köçürülən ermənilər bu ərazilərdə məskunlaşdıqları ilk gündən xalqımıza qarşı düşmənçilik münasibətinə başlayıblar, yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 30 il ərzində bir milyondan çoxa azərbaycan vətəndaşı öz tarixi-etnik torpaqlarından qovulmuş qaçqın və məcburi köçkün həyatı sürürdü. Ermənilərin bizim torpaqlarda şəhərləri, kəndləri dağıtmasına, günahsız insanları vəhşicəsinə qətlə yetirməsinə, bu ərazilərdə olan tarixi abidələrimizi məhv etməsinə dünya təşkilatları göz yumurdu. Ərazisinin 20 faizini itirmiş, çoxlu sayda şəhid vermiş, atəşkəs rejimi elan edildikə belə erməni hücumlarına məruz qalmış xalqın artıq səbri tükənmişdi, başqa çıxış yolu yox idi. Artıq o zaman yetişmişdi. Çünki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi sadəcə kağız üzərində qalırdı.
Nəhyətki bu ədalətsizliyin qarşısı 44 gün davam edən müharibədə ordumuz tərəfindən alındı və uzun illər düşmən tapdağı altında olan Azərbaycan torpağları düşməndən azad edildi. Bu şanlı zəfərin arxasında qəhrəmanlıq göstərən cəsur oğulların tökülən qanları var. Bu gün biz bütün II Qarabağ müharibəsində ərazi bütövlüyümüz uğrunda canlarından keçən, şəhidlik zirvəsinə ucalan igidlərimizin xatirəsini böyük hüznlə, dərin ehtiramla anırıq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlıqı diləyirik.

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
Coğrafiya müəllimi Vəfa Babayeva

Oxşar xəbərlər