
Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Bu gün müstəqil Azərbaycanın gəncləri diqqət və qayğı ilə tam əhatə olunub. Ulu öndər Heydər Əliyev demişdir: “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir”-müdrik kəlamı uşaqlara olan məhəbbətinin təzahüri idi. Planetimizin əhalisinin üçdə birini təşkil edən uşaqlarımızın necə tərbiyə olunmasından, hansı ideyalara qulluq etməsindən hər bir ölkənin gələcəyi asılıdır. Ona görə də uşaqlara diqqət və qayğı hər zaman göstərilməli, onların problemlərinin həllinə dövlət səviyyəsində nəzarət edilməlidir. Hazırda uşaqlara göstərilən qayğı göz qabağındadır. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuş, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Heydər Əliyev xalqımızın sabahını – gənc nəsli yaşatmaq, uşaqlar arasında fərqli həyat səviyyəsini yaxşılaşdırmaq üçün xarici ölkələrin diqqətini respublikamıza yönəltmişdi. Bu gün ölkəmizdə uşaqların sağlamlığı, inkişafı, təhsili, onların hüquqlarının qorunması üçün geniş hərəkat başlanmışdır. Uşaqların Beynəlxalq televiziya və radio günü münasibətilə keçirilən ənənəvi bayramında iştirak edən ulu öndərimiz Ulu Öndər Heydər Əliyev demişdir: “Artıq biz ictimai-siyasi cəhətdən çox sabit bir Azərbaycan yaratmışıq. İnsanlar rahat yaşasınlar və biz bunu, sabitliyi daimi edəcəyik... Əmin olun ki, siz bizim rastlaşdığımız çətinliklərlə rastlaşmayacaqsınız. Ancaq bu, sizə imkan verəcək ki, bizim başladığımız işləri daha da uğurla həyata keçirəsiniz. Siz bizim ümidimiz, gələcəyimizsiniz”.
Ulu Öndər siyasətinin layiqli davamçısı İlham Əliyev deyib: "Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir".
Bakıxanov qəsəbəsi, 96 nömrəli orta məktəbin
coğrafiya müəllimi Şəlalə Səmədova