Asif Əsgərov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır

Asif Əsgərov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Səyyar qəbulda sakinlərin müraciətləri dinlənildi

Asif Əsgərov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda 28 May, Nizami, Əlövsət Quliyev, Mərdanov qardaşları, Şəmsi Bədəlbəyli, Süleyman Rəhimov, Üzeyir Hacıbəyov, Qoqol küçələrinin sakinləri iştirak etmişlər.

Sakinlərdən Həsənova Yasəmən, Allahverdiyev Suliddin, Abdulsalamova Təranə, Əzizov Bəşir, Axundov Məhəmməd, Həsənova Aygün. Aşurov Şaiq, Əmirov Vahid, Xəlilova Nurlanə və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən qəzalı binalarla bağlı tədbirlər görülməsi, tikintisi dayandırılmış binada işlərin bərpası, dam örtüyünün təmiri, kanalizasiya xəttinin təmiri, səkinin təmiri, asfalt örtüyünün təmiri, hasara alınmış söküntü ərazisi, yağış kürəbənd quyusunun dəmir barmaqlıqlarının bərpası ilə bağlı tədbir görülməsi ilə bağlı məsələlər barədə müraciətlər etdilər.

Həsənova Aygün sakinlər adından yaşadıqları binanın qəzalı olduğundan yenidənqurulmasının, yeni layihələrə salınmasının vacibliyini qeyd etdi. Müraciət ilə bağlı rayon ərazisində təsdiq edilmiş layihələr üzrə bir çox məhəllədə köçürmə, söküntü-tikinti işlərinin aparıldığı, rayonun digər ərazilərində də yenidənqurma işlərinin aparılması üçün aidiyyəti təşkilatlara müraciətlər edildiyi və bu məsələlərə müasir şəhərsalma prinsipləri əsasında baxıldığı barədə geniş məlumat verildi.

Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmışdır.

“Heydər Əliyev İli” ilə əlaqədar çoxşaxəli Tədbirlər Planının həyata keçirilməsi barədə qəbul zamanı məlumatlar verilmiş, Ümummilli liderin 100 illiyi münasibətilə ölkəmizin hər yerində olduğu kimi Nəsimi rayonunda da genişmiqyaslı tədbirlərin keçirildiyi qeyd olundu.

Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün fəaliyyət göstərən “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Asif Əsgərovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Asif Əsgərov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Oxşar xəbərlər