Priqojinin harada olduğu açıqlandı

Priqojinin harada olduğu açıqlandı Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin harada olduğunu açıqlayıb.

“Qafqazinfo” “Moskovski komsomolets”ə istinadən xəbər verir ki, dövlət başçısı onun Rusiya ərazisində olduğunu deyib.

“Priqojin Sankt-Peterburqdadır. O, Belarus ərazisində yoxdur”, - Lukaşenko deyib.

Prezident əlavə edib ki, ölkədə “Vaqner” döyüşçülərinin müəyyən bir qisminin yerləşdirilməsindən qətiyyən narahat deyil. Lukaşenko qeyd edib ki, onları dərhal öz ehtiyacları üçün istifadə etmək mümkün olacaq.

Xatırladaq ki, iyunun 23-də Y. Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Y. Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. İyunun 24-ü Belarus Prezidenti A. Lukaşenko Priqojinlə danışıqlar aparıb. O, Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.

Oxşar xəbərlər