Ümummilli lider elm adamlarına xüsusi diqqət ayırırdı

Ümummilli lider elm adamlarına xüsusi diqqət ayırırdı
“Biz fəxr edirik ki,bizim xalqımız belə qədim, zəngin mədəniyyətə malikdir ” deyən ümummilli liderimiz Heydər Əliyev hər zaman Azərbaycan mədəniyyətinin inkişaf etdirilməsində əvəzsiz rolu olmuşdur. O hər sahədə dərin biliklərə malik idi, cavanlıq illərindən incəsənət, memarlıq, rəssamlıq, ədəbiyyat həyatının bir parçasına çevrilmişdi. O teatra çox bağlı bir insan idi. Hakimiyyətdə olduğu dövrlərdə incəsənətin, tarixi abidələrin qorunmasına xüsusi diqqət ayırmışdı. Ulu Öndərimiz çıxışlarında hər zaman deyirdi: Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında formalaşıbdır, yaşayışında formalaşıbdır. Milli-mənəvi dəyəri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz. Azərbaycanın mütəfəkkir insanları böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm mədəniyyət xadimləri Azərbaycan xalqının milli mənəvi dəyərlərini yaradıblar. Bu fikirdə olan Ümummilli liderimiz onları qoruyub saxlamaq üçün əlindən gələni əsirgəmirdi. Əməkdar memar Elbəy Qasımzadə Ulu öndərlə bağlı xatirələrində danışırdı ki, Ulu öndər Heydər Əliyev hələ Sovet hakimiyyəti illərindən tarixi abidələrin qorunmasına da xüsusi diqqət ayırmışdı və beləliklə Azərbaycanda “Tarixi abidələrin qorunması və bərpası komitəsi” yaratmışdı.
Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan ədəbiyyatı klassiklərinin: Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimov, Nəriman Nərimanov, Süleyman Rəhimov, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə və başqalarıının xidmətlərini yüksək qiymətləndirmiş, onların ölkəmizdə və dünyada tanıdılması sahəsində dövlət səviyyəsində böyük tədbirlər həyata keçirmişdi. Belə ki, Azərbaycan Respublikasının birinci rəhbərliyi dövründə 6 yanvar 1979-cu il tarixdə “Azərbaycanın böyük şairi və mürəfəkkiri Nizami Gəncəvi irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” dövlət səviyyəsində bir qərar imzalaması dahi sənətkarın zəngin yaradıcılığının ölkədə və dünyada tanıdılmasında mühüm rol oynamışdır.
Dövrün əfsanəsi sayılan Müslüm Maqomayev müsahibələrində dəfələrlə vurğulayırdı ki, onun sənətkar olaraq püxtələşməsində ümummilli lider Heydər Əliyevin rolu əvəzsizdir. Ulu Öndər Müslüm maqomayevi musiqi sənətinin canlı əfsanəsi adlandırır və omu babasının Azərbaycanda qoyduğu ənənələrin layiqli davamçısı hesab edirdi. Bu diqqət sayəsində Müslüm Maqomayev ömrünün çox hissəsini Moskvada yaşasa da özünü hər zaman bakılı hiss edirdi.
Ümummilli lider elm adamlarına da xüsusi diqqət ayırırdı. Yusif Məmmədəliyevin 90 illik yubileyindəki nitqində “Xalqımız Yusif Məmmədəliyev kimi şəxsiyyətlərlə tanınır və fəxr edir. Çünki belə insanlar, şəxsiyyətlər Azərbaycan xalqının zəkasını, elminin, mədəniyyətini, daxili mənəviyyatını dünyaya nümayiş etdirir. Elə bunun özü Yusif Məmmədəliyev kimi şəxsiyyətlərin də xalq qarşısında olan böyük xidmətidir”. Ümummilli lider Azərbaycan naminə yaşayıb yaradan hər bir sənət adamına böyük diqqət və qayğı ilə yanaşırdı.

Bakıxanov qəsəbəsi, 96 nömrəli məktəbin
müəllimi Şəbnəm Rəhimova

Oxşar xəbərlər