Tarixən Azərbaycan torpağı görkəmli şairlər, filosoflar və incəsənət xadimləri yetişdirib

Tarixən Azərbaycan torpağı görkəmli şairlər, filosoflar və incəsənət xadimləri yetişdirib
Tarixən Azərbaycan torpağı görkəmli şairlər, filosoflar və incəsənət xadimləri yetişdirib. Ulu Öndər Heydər Əliyev demişdi ki, biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq. 21 sentyabr 1993-cü ildə Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Elmlər Akademiyasında çıxışında bildirmişdi ki, Azərbaycan xalqına mənsub olan Nəsimi kimi şəxsiyyəti dünya ictimaiyyətinə, elminə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir. Əsrlər boyu bizim böyük yazıçılar, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər dünya mədəniyyətinə böyük töhvələr vermişdi.
17 dekabr 1994-cu ildə böyük Azərbaycan rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 85 illiyinə həsr olunmuş sərginin açılışında Ulu Öndər Heydər Əliyev öz çıxışında bildirmişdi ki, "Səttar Bəhlulzadənin yaradıcılığı bizim üçün böyük mənəviyyat mənbəyidi. Xalqımızın mədəniyyətinin, rəssamlıq məktəbinin professional səviyyəsinin nə qədər yüksək olduğunu bütün dünyaya göstərir.
28 dekabr 1994-cü ildə Cəlil Məmmədquluzadənin anadan olmasının 125 illiyinə həsr olunmuş yubiley gecəsində Ulu Öndərimiz bildirmişdi ki, "Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli bir yer tutmuş dahi bir insan, yazıçı, puplisist, filosof mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyət olmuşdur". "Xalqımızın milli şüurunun formalaşmasında Cəlil Məmmədquluzadənin və redaktoru olduğu Molla Nəsrəddin jurnalının böyük rolu olmuşdu".
10 iyun 1995-ci ildə böyük Azərbaycan şairi Hüseyn Cavidin məqbərəsinin və ev muzeyinin yaradılması ilə bağlı müşavirədə Ulu öndər Heydər Əliyev bildirmişdi ki, "Hüseyn Cavid bizim üçün doğma və əzizdir. O, tariximizdə böyük bir şəxsiyyətdir və byük bir irs qoyub.
18 sentyabr 1995-ci ildə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley gecəsində Ulu Öndər Heydər Əliyev öz nitqində qeyd etmişdi ki, "Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur.
10 sentyabr 1996-cı ildə Akademik Yusif Məmmədəliyevin 90 illik yubiləyinə həsr olunmuş gecədə Ulu öndər Heydər Əliyev bildirmişdi ki, "Yusif Məmmədəliyev xalqımızın tarixinə böyük alim, maarifçi, təşkilatçı, görkəmli ictimai-siyasi xadim kimi daxil olubdur. O, Azərbaycan elminin inkişafına böyük təkan verib və dünya elminə ,xüsusən dünya neft kimyası elminə görkəmli töhfələr vermişdir".
Ulu öndər Heydər Əliyev Xalq şairi Səməd Vurğun haqqında da dəyərli fikirlər bildirmişdi. "Səməd Vurğun şeirinin böyüklüyü, eyni zamanda gözəlliyi ondan ibarətdir ki, onun hər kəlməsi, hər sətri hər bir azərbaycanlının qəlbinə çatırdı, onun beynini fəth edirdi, onu öz təsiri altına salırdı. Səməd Vurğunun şeirləri gənc nəslə ilham və ruh verir. Onlara vətəni, torpağı, milləti sevməyi öyrədir.
Ulu öndər Heydər Əliyev Müslüm Maqomayev haqqında da çox yüksək fikirlər söyləmişdir. "Müslüm Maqomayev nadir və bənsərsiz müğənnidir, Allah vergisidir, ancaq eyni zamanda özünün gərgin, yorulmaq bilməyən zəhməti ilə cilalanmış istedaddır. Onu fərqləndirən bir cəhət də istedadının çoxşaxəli olmasıdır. Onun gözəl səsi, əla ifa texnikası var. Sevinirik ki, bizim Azərbaycanın belə övladı, Azərbaycan musiqisinin, Azərbaycan incəsənətinin belə layiqli nümayəndəsi var.
Ulu Öndərimiz Heydər Əliyev "Vaqifin vəfatından 200 il sonra Şuşada onun məzarı üstündə əzəmətli bir məqbərə ucaltmışdı. Ulu Öndər Heydər Əliyev Bəxtiyar Vahabzadənin, Süleyman Rüstəmin, MəhəmmədHüseyn Şəhriyarın, Mirvari Dilbazinin, Mirzə Fətəli Axundzadənin yaradıcılıqlarını çox yüksək qiymətləndirmiş və onlara dəyər vermişdi. Azərbaycan xalqı tarix boyu hər zaman şairləri, filosofları və mədəniyyəti ilə hər zaman öndə olan xalqlardan biridir.

Balaxanı qəsəbəsi, 69 № tam orta məktəbin
Tarix müəllimi Rumiyyə Səfərova

Oxşar xəbərlər