Ulu Öndər Əliyev Heydər Vətəni Naxçıvanı oranın ziyalılarını, elm və incəsənət xadimlərini çox gözəl tanıtmış və qiymətləndirmişdir

Ulu Öndər Əliyev Heydər Vətəni Naxçıvanı oranın ziyalılarını, elm və incəsənət xadimlərini çox gözəl tanıtmış və qiymətləndirmişdir
“Mən həmişə fəxr etmişəm ki, mən azərbaycanlıyam” deyən, Azərbaycanın dünyanın hər yerində tanıdan liderimiz Azərbaycanın fəxri vətəndaşlarını da istər elm, istər idman, istərsə də ədiblərimiz olsun hər birini layiqincə tanıtmağa müvəffəq olmuşdur.
Vətəni Naxçıvanı oranın ziyalılarını, elm və incəsənət xadimlərini çox gözəl tanıtmış və qiymətləndirmişdir. Ədəbi mühitimizə sonsuz xidmət etmiş, illərlə Naxçıvanda işləmiş Mirzə Cəlili yada salaq. Çox adama məlumdur ki, ədib orada işlədiyi müddətdə kasıb balalarını pulsuz təhsil alması üçün aylıq məvacibindən parça alıb qız uşaqlarına donlar, önlüklər, çantalar tikdirmiş, aztəminatlı ailələrin övladları üçün ayaqqabı, kitab, dəftər almış, onları təhsilə cəlb etmişdir.
Məhəllədə təzə don, ayaqqqabı geyərək dərsə gedən qızları görən qonşu qızları da valideynlərini dilə tutmuş, əvvəlcə təzə paltar geymək sevdası, sonradan da təhsil almaq həvəsi ilə məktəbə yazılmış, illər keçdikcə Mirzə Cəlilin səyləri nəticəsində təhsilli qızlarımız, xanımlarımız çoxaldılmışdır. Bütün bunları bilən Ulu Öndər Heydər Əliyev 1994-cü ildə yazıçının anadan olmasının 125 illiyinə həsr olunmuş yubiley gecəsində demişdir.” Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi bir insan, yazıçı, publisist, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir. Azərbaycanda jurnalistakanın da əsasını Mirzə Cəlil qoymuşdur. Yaşadığı təzadlı zəmanədə “Xalqımızın milli şüurunun formalaşdırılmasında məhz Molla Nəsrəddin jurnalının və Mirzə Cəlilin fəaliyyətinin rolu misilsizdir” deyə o, vurğulamışdır.
Daha sonra vətənini sevən, xalqının halına yanan Hüseyn Cavidin “Xalq düşməni” adı ilə damğalanması, repressiya qurbanı olması bir vətəndaş kimi Öndərimizi həmişə narahat etmiş və illərlə Cavidin nəşinin Azərbaycana gətirilməsi üçün ilərlə işlər aparmış və sonda buna da nail olmuşdur. Onlar Sibirə nəşi gətirmək üçün 56 və 59 nömrəli qəbrlər açılmış və Turan xanımın təkidi ilə məhz 59 nömrəli məzarın Cavid olması təsdiqlənmişdir.
Sual ortaya çıxır-axı necə bilmişlər ki, bu,Cavidin qəbridir? O vaxt televiziyada çəkiliş zamanı Turan xanım atasının ayaq sümüklərində vaxtı ilə nənəsinin atası üçün toxuyub həbsxaya göndərdiyi yun corablarının heyrətamiz naxışlarının bütün günü qurşağa qədər suyun içində saxlanılmasından və o naxışların, hətta sümüklərdə iz salmasından gətirdiyi əsasla məhz o olması dəqiqliyi şairin özü olduğunu təsdiqləmış və nəşi Naxçıvana aparılaraq orada-ata yurdunda torpağa tapşırılmışdır.
Cavid yaradıcılığına gözəl bələd olan Ulu öndər Heydər Əliyev onun məqbərəsinin açılışında belə qiymətləndirmışdir: “Hüseyn Cavid bizim üçün, doğrudan da, əzizdir. O, tariximizdə böyük bir şəxsiyyətdir və böyük bir iz, irs qoyub. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn irsi bir o qədər yaşayacaqdır və xalqımız ondan istifadə edəcəkdir. Liderimizin hər bir çıxışında ədiblərimizə verdiyi qiymət göz qabağındadır. İstər Nizami, istər Füzuli, Nəsimi, Şah İsmayıl Xətai, Vaqif, M.F.Axundov, S.Vurğun, B.Vurğun, S.Rüstəm, M.H.Şəhriyar, M.Dilbazi və başqaları onun üçün dəyərli və unudulmaz olmuşdur.
Klassiklərimiz-dahi Nizami və onun yaradıcılığı liderimizin o qədər xoşuna gəlirdi ki, əminli kə deyərdim o, Nizamini əzbər bilirdi. Hər çıxışında Nizamidən sitat gətirər, istər Sirlər Xəzinəsi, istərsə də hər bir əsəriUlu öndər Heydər Əliyevi o qədər məftun etmişdir ki, Nizami fəlsəfəsinin mərkəzində varlığın ən böyük sərvəti, mənəvi zənginlik və müdrikliyi tükənməz mənbəyi olan insan dayanır -fikri ilə sanki Nizami yaradıcılığına möhür vurmuşdur.
Hansını deyim?...
Yüzlərlə ədibiz və ziyalımız haqqında Ulu öndər Heydər Əliyevin dediklərini unutmaq olmur. Bütün ziyalılarımıza, ədiblərimizə, dövlət xaddimlərimizə verilən qiymət heç vaxt unudulmur. Allah-təala bütün dünyasını dəyişmiş və ədalətli qiymətini almış hər kəsə rəhmət elesin. Onların xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaq.

Maştağa qəsəbəsi, 28 saylı tam orta məktəbin
müəllimi Leyla Muxtarova

Oxşar xəbərlər