
Şuşa Bəyannaməsi nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır.
Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcək, bölgədə sabitliyi və təhlükəsizliyi qoruyacaqdır.
Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək. Hərbi təlimlər keçirləcək və müdafiə sənayesi sahəsində əməkdaşlıqlar genişləndiriləcək.
Bu gün dünyada Beynəlxalq hüquq çalışmır. 30 illik işğal dönəmində bir daha şahid olduq ki, hüquq çərçivəsində beynəlxalq təşkilatlar ortaq nəticəyə gələ bilmədiyindən yumruq kimi birləşərək dövlət-xalq birliyi bu münaqişəni çözdü.
Güclü ordu, güclü iqtisadiyyat dövlətin qüdrətidir. Bu gün Türkiyə-Azərbaycan birgə həyata keçirəcəyi layihələr bu qüdrətin təmin edilməsinə yönəlmişdir.
İndiki geyosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır. Bakı Dəniz Limanının imkanları 25 milyon tona qədər genişlənir.
Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Bu dəhlizin bütün ölkələr üçün yeni imkanlar açacaq və iqtisadi məsələlərə müsbət təsir göstərəcək.
Təkcə iqtisadi deyil, elm-təhsil sahəsində də yeniliklər izlənilir. Belə ki, Türkiyə-Azərbaycan birgə universistetinin yaradılması üçün danışıqlar aparılır.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə -Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir” deməklə bu qardaşlıq münasibətinin necə önəmli olduğunu vurğulamışdır. Bəyannamədən irəli gələn məsləhətlərin uğurla həyata keçirəcəyinə əminik.
Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
fiziki tərbiyə müəllimi Əli Novruzov