Azərbaycan-Türkiyə münasibətlərində hərbi sənaye komplekslərinin inteqrasiyası haqqında müzakirə strateji müttəfiqliyi daha üst səviyyəyə qaldıracaq

Azərbaycan-Türkiyə münasibətlərində hərbi sənaye komplekslərinin  inteqrasiyası haqqında müzakirə strateji müttəfiqliyi daha üst səviyyəyə qaldıracaq Azərbaycan və Türkiyə respublikalarının həm daxili məsələlərdə həm də beynəlxalq aləmdə nümayiş etdirdikləri həmrəylikləri var. Prezident seçildikdən sonra Rəcəb Tayyib Ərdoğan ilk səfərini Azərbaycana edib. Bu iki ölkə arasında olan münasibətlərin yaxınlığını və səmimiliyini göstərir. Bu baxımdan bu səfər böyük əhəmiyyətə malikdir və strateji xarakter daşıyır. Xalqlarımız dövlətlərimiz dost qardaş münasibətindədirlər. Əlbəttə Türkiyə prezidentinin Azərbaycana səfəri Azərbaycan vəTürkiyə dövlətinə qarşı qərəzli mövqedə dayanan dövlətlər üçün vacib bir ismarıcdır. Bu iki dövlətin dostluğu qardaşlığı əbədidir və möhkəmdir.
Səfərlər onu göstərir ki, dövlətlər arasındakı münasibətlər tarixinin ən güclü mərhələsindədir. Görüşdə həm hər iki ölkə arasındakı münasibətlər həm də Qarabağdakı son vəziyyət müzakirə edildi. Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında hər iki respublika höküməti arasında yeni sazişin imzalanması gözlənilən addımlardan biridir. Müzakirə olunan məsələlərdən biri də Zəngəzur koridorunun açılması haqqında olub. Bu haqda hər iki ölkə rəhbərliyi mətbuata açıqlamasında bildiriblər.
Səfər zamanı keçirilən görüşlərdə yeni dövrdə Türkiyə və Azərbaycan münasibətlərində əməkdaşlıqla yanaşı beynəlxalq və regional hadisələrlə bağlı fikir mübadiləsi aparıldı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında Şuşa Bəyannaməsini xatırladıb və bildirib ki, bu bəyannaməyə əsasən müttəfiqlik səviyyəsində yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Şuşada baş konsulluğun açılması haqqında olan fikir isə daha çox diqqəti çəkib. Çünki bu dünyaya verilə biləcək ən önəmli mesajdır.
Azərbaycan-Türkiyə münasibətlərində hərbi sənaye komplekslərinin inteqrasiyası haqqında müzakirə strateji müttəfiqliyi daha üst səviyyəyə qaldıracaq. Müdafiə və təhlükəsizlik sahəsində ortaq layihələr hər iki dövlət üçün çox vacib məsələdir. Ölkəmizdə BAYRAKTAR mərkəzinin yaradılması ilə bağlı ciddi addımlar ölkəmiz üçün çox önəmlidir.
Əsas məsələlərdən biri də Xəzərdən keçən Orta dəhliz və bu xüsusda Baki-Tiflis-Qars dəmir yolu xəttinin müzakirəsi olub.
İki qardaş ölkə arasında olan səfərlər imzalanan bəyannamələr regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcı oldu.

Bakıxanov qəsəbəsi, 72 saylı məktəb liseyin
Tarix müəllimi Aygül Əfəndiyeva

Oxşar xəbərlər