Bu gün milli təhlükəsizlik gündəliyində enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və başlıca yer turur

Bu gün milli təhlükəsizlik gündəliyində enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və başlıca yer turur
1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin ildə “əsrin müqaviləsi” imzalandı və o vaxtdan ölkəmizdə vəziyyət kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu. “Əsrin müqaviləsi” imzalandığı zaman Azərbaycan olduğca riskli bir məkan sayılırdı. Həmin dövürdə I Qarabağ müharibəsi başa çatmışdı, atəşkəs imzalanmışdı, müstəqilliyimizi yeni əldə etmişdik və bir çox insan Azərbaycan haqqında məlumata malik deyildi. Ölkəmizin harada yerləşdiyini belə bilmirdi. Ölkəmiz sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı. Bu müqavilənin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi.
Azərbaycan nəhəng enerji strukturunu yaradıb və Azərbaycanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehlakçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb.
Bu gün milli təhlükəsizlik gündəliyində enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və başlıca yer turur.
Nə qədər iqtisadiyyatımız artsa da, görüləsi işlərimiz helə də çoxdur. TANAP və TAP genişlənməlidir. Bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır. Və bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir.
Canab Prezident İlham Əliyevin həm siyasi, həm iqtisadi, həm xarici arenada atdığı addımlar bu günkü gündə dövlətimizin inkişafına və çiçəklənməsinə gətirib çıxarmışdır.

Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
ingilis dili müəllimi Zülxumar Quliyeva

Oxşar xəbərlər