Azərbaycan gəncliyi tarixən milli maraqların qorunmasında, dövlətçiliyin möhkəmləndirilməsində və Vətənimizin müdafiəsində mühüm rol oynamışdır

Azərbaycan gəncliyi tarixən milli maraqların qorunmasında, dövlətçiliyin möhkəmləndirilməsində və Vətənimizin müdafiəsində mühüm rol oynamışdır
Hər il fevralın 2-si Azərbaycan cəmiyyətində xüsusi önəm daşıyan bir gün kimi qeyd olunur. Bu tarix ölkəmizda Azərbaycan Gəncləri Günü kimi qeyd edilir və gənclərin cəmiyyətin inkişafındakı roluna verilən dəyərin bariz nümunəsidir. Azərbaycan Gəncləri Gününün təsis edilməsi 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin gənclərlə bağlı uzaggörən siyasətinin nəticəsidir. Azərbaycan gəncliyi tarixən milli maraqların qorunmasında, dövlətçiliyin möhkəmləndirilməsində və Vətənimizin müdafiəsində mühüm rol oynamışdır. Müasir dövrdə isə gənclərimiz elm və təhsil sahəsində qazandıqları uğurlar, idman nailiyyətləri, mədəni və yaradıcı fəaliyyəti ilə ölkəmizi beynəlxalq aləmda layiqincə təmsil edirlər. Onların faallığı və təşəbbüskarlığı cəmiyyətin dinamik inkişafına güclü təkan verir. Dövlət tərəfindən həyata keçirilən ardıcıl gənclər siyasəti gənclərin potensialının üzə çıxarılmasına geniş imkanlar yaradır. Təhsil islahatları, innovasiya və startap layihələri, gənclər təşkilatlarının fəaliyyəti gənclərin bilik va bacarıqlarının artırılmasına xidmət edir. Eyni zamanda, gənclərin sağlam həyat tərzi sürməsi və fiziki inkişafı üçün idman infrastrukturunun gücləndirilməsi də diqqət mərkə zində saxlanılır. Azərbaycan gəncləri milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və məsuliyyətli vətəndaşlar kimi formalaşırlar. Onlar ölkənin ictimai həyatında fəal iştirak edir, dövlətçilik ənənələrinin qorunmasına və inkişafına töhfə verirlər. Gənclərin bu mövqeyi Azərbaycanın müstəqil və güclü dövlət kimi gələcək yolunu daha da möhkəmləndirir.
2 Fevral – Azərbaycan Gəncləri Günü təkcə bayram deyil, eyni zamanda gənclərə göstərilən etimadın, onların cəmiyyətin aparıcı qüvvəsi kimi qəbul edilməsinin rəmzidir. Bu gün gənclər üçün yeni hədəflər müəyyənlaşdirmək, daha böyük uğurlara imza atmaq üçün stimul yaradır. Azərbaycan gəncliyi öz biliyi, enerjisi və Vətən sevgisi ilə ölkəmizin parlaq gələcəyini inamla qurmağa davam edəcək.

Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Nuranə Quliyeva

Oxşar xəbərlər